Mobil versiya
Universitet müəllimi azərbaycanlı tələbənin qızını təhqir etdi
Tarix: 25-04-2026 | Saat: 11:12
Bölmə:Təhsil | çapa göndər



Rusiyanın Yekaterinburq şəhərində qalmaqallı hadisə baş verib. Ural Federal Universitetinin müəllimi Yuliya Volkova sosial şəbəkədə keçmiş tələbəsi Rəşad Ağayevin ailəsinin fotosunu paylaşaraq onun azyaşlı qızını təhqir edib.

Müəllim paylaşımında uşağı “çirkin” adlandırmaqla kifayətlənməyib, eyni zamanda azərbaycanlı ailələrdə uşaqların xarici görünüşü ilə bağlı aşağılayıcı fikirlər səsləndirib. Bu isə sosial şəbəkələrdə ciddi narazılığa və etirazlara səbəb olub.

Qalmaqal uşağın qohumunun videomüraciətindən sonra geniş ictimailəşib. Bildirilib ki, azyaşlı səhhətində problemlər yaşayır və davamlı müalicə alır. Atası Rəşad Ağayev isə müəllimin bu cür davranışının ilk hal olmadığını vurğulayaraq onun işdən azad edilməsini tələb edib.

“Əvvəllər münasibətlərimiz normal idi. Amma bu hadisə bizim üçün tamamilə gözlənilməz və şokedici oldu”, – deyə o bildirib.

Qalmaqalın digər tərəfi olan Yuliya Volkova isə açıqlamasında heç kimi təhqir etmək niyyətində olmadığını deyib və baş verənləri səhv kimi qiymətləndirib.

Məsələyə universitet rəhbərliyi də reaksiya verib. UrFU-nun prorektoru Aleksandr İvanov müəllimin qalmaqallı paylaşımından sonra onun işdən çıxarılması məsələsini qaldıracağını açıqlayıb.

Universitetdən bildirilib ki, müəllimdən rəsmi izahat alınacaq və məsələ etik komissiyada araşdırıldıqdan sonra yekun qərar veriləcək.musavat.com



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə