Trampdan Netanyahuya mesaj: Livanda əməliyyatlar hədəfli olmalıdır
Tarix: 30-04-2026 | Saat: 17:00
Bölmə:Özəl | çapa göndər
ABŞ prezidenti Donald Tramp İsrailin Livandakı hərbi əməliyyatları ilə bağlı Benyamin Netanyahuya konkret mövqe bildirib.
Trampın sözlərinə görə, İsrail genişmiqyaslı dağıntılardan çəkinməli, yalnız dəqiq hədəflərə yönəlmiş zərbələr endirməlidir: “Mən Netanyahuya dedim ki, binaları dağıtmaq yox, konkret hədəfləri vurmaq lazımdır. Bu cür geniş dağıntılar düzgün deyil və İsraili mənfi göstərir”.
Ağ Ev rəhbəri Livanın gələcəyi ilə bağlı nikbin fikir də səsləndirib və ölkənin sabitliyə qayıda biləcəyinə ümid etdiyini bildirib.
Trampın açıqlaması Vaşinqtonun regionda gərginliyin genişlənməsinin qarşısını almağa və əməliyyatların daha məhdud çərçivədə saxlanmasına çalışdığını göstərir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-04-2026