Mobil versiya
Bakıdan sərt siqnal, Haaqadan geri addım: diplomatik gərginlik dialoqa çevrilir
Tarix: 30-04-2026 | Saat: 18:34
Bölmə:Özəl | çapa göndər



Azərbaycanın kəskin reaksiyasından sonra Niderlandla münasibətlərdə yeni mərhələ başlayır. Ötən həftə Niderland səfirinin Xarici İşlər Nazirliyinə çağırılması və rəsmi Bakının parlament qərarına sərt etirazından sonra Haaqa artıq siyasi məsləhətləşmələrə hazırlaşır.

Səfir Marian de Yonqun açıqlamasına görə, tərəflər arasında görüşün yaydan sonra keçirilməsi planlaşdırılır və bu dəfə danışıqların Haaqada baş tutması gözlənilir. Paralel olaraq, iki ölkənin xarici işlər qurumları arasında işçi səviyyəsində əlaqələrin davam etdiyi bildirilir.

Analitiklər hesab edir ki, bu addım Niderland hökumətinin parlamentin qərəzli qərarlarının yaratdığı gərginliyi yumşaltmaq cəhdidir. Politoloq Züriyə Qarayevanın fikrincə, rəsmi Haaqa Azərbaycanla münasibətləri korlamaq niyyətində deyil və mövcud anlaşılmazlığı diplomatik yollarla aradan qaldırmağa çalışır.

Ümumilikdə proses göstərir ki, Bakı ilə sərt ritorika fonunda başlayan gərginlik artıq dialoq mərhələsinə keçir. Planlaşdırılan məsləhətləşmələr isə tərəflər arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın qorunub saxlanması baxımından vacib platforma rolunu oynaya bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2026