Mobil versiya
Pentaqondan açıqlama: ABŞ-ın İran əməliyyatlarına xərci 25 milyard dollara çatıb
Tarix: 30-04-2026 | Saat: 20:00
Bölmə:Özəl | çapa göndər



ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların maliyyə yükü ilə bağlı yeni rəqəmlər açıqlanıb.

Pentaqonun maliyyə idarəsinin rəhbəri vəzifəsini icra edən Kuls Herst Nümayəndələr Palatasında keçirilən dinləmələrdə bildirib ki, indiyədək bu əməliyyatlara təxminən 25 milyard dollar vəsait sərf olunub.

Onun sözlərinə görə, xərclərin əsas hissəsi hərbi sursatların təminatı və əməliyyatların logistik dəstəyinə yönəlib. Rəsmisi həmçinin qeyd edib ki, bu rəqəm sabit deyil və əməliyyatların davam etməsi fonunda daha da arta bilər.

Ekspertlər isə hesab edirlər ki, bu göstərici ABŞ-nin regionda uzunmüddətli hərbi və strateji öhdəliklərinin maliyyə ölçüsünü bir daha ortaya qoyur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2026