Mobil versiya
“Smartfonlar yuxumuzu oğurlayır” – Mütəxəssisindən xəbərdarlıq
Tarix: 07-05-2026 | Saat: 10:22
Bölmə:Ölkə | çapa göndər

“Smartfonlar yuxumuzu oğurlayır” –

Səhiyyə Nazirliyinin mütəxəssisi nevropatoloq Kəmalə İsmayılova gecə saatlarında smartfon və sosial şəbəkələrdən istifadənin yuxu keyfiyyətinə ciddi təsir göstərdiyini bildirib.

aia.az xəbər verir ki, o, “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində çıxışı zamanı qeyd edib ki, smartfon ekranlarından yayılan mavi işıq melatonin hormonunun sintezini azaldır və bu da yuxuya getmə prosesini gecikdirir.

Nevropatoloqun sözlərinə görə, melatonin yuxu-oyanıqlıq ritmini tənzimləyən əsas hormonlardan biridir və onun azalması dərin yuxu fazalarının strukturunu dəyişir. Nəticədə insanlar səhər yorğunluq, diqqət dağınıqlığı və emosional gərginlik hiss edir.

Kəmalə İsmayılova bildirib ki, sosial şəbəkələrdə davamlı məlumat axını və mesajlaşma beyində dopamin sintezini artırır. Bu isə istifadəçidə daha çox stimul ehtiyacı yaradır və telefon qarşısında keçirilən vaxtın artmasına səbəb olur.

Mütəxəssis vurğulayıb ki, informasiya çoxluğu stress və təşvişi artıraraq yuxusuzluq, tez-tez oyanma və yuxuya getməkdə çətinlik kimi problemlərə yol açır. Onun sözlərinə görə, insan beyni yuxu zamanı da gün ərzində qəbul edilən məlumatları emal etməyə çalışdığı üçün yuxunun dərinliyi azalır və bərpaedici proseslər tam həyata keçmir.

Nevropatoloq əlavə edib ki, yuxu keyfiyyətinin pozulması yaddaşın zəifləməsi, diqqətin dağılması, emosional sabitliyin pozulması və qərarvermə bacarığının zəifləməsi ilə nəticələnə bilər.

O qeyd edib ki, uzunmüddətli yuxu pozuntuları immun sisteminin zəifləməsinə, enerji səviyyəsinin azalmasına və həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2026