Hərbçilərin toplanışı bu vaxt olacaq- VACİB XƏBƏR
Tarix: 07-05-2026 | Saat: 12:15
Bölmə:Gündəm / Manşet | çapa göndər

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 45-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.
aia.az xəbər verir ki, bunu “Qafqazinfo”nun sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.
O bildirib ki, mütəmadi olaraq keçirilən təlim toplanışlarının əsas məqsədi ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının, hərbiyə aid bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
“Hərbi vəzifəlilər yaş həddinə görə 3 dərəcə üzrə bölünürlər. Hərbi vəzifəlilər toplanışlara: çavuş, əsgər və matros – birinci dərəcə üzrə 35 yaş, ikinci dərəcə üzrə 45 yaş, üçüncü dərəcə üzrə isə 50 yaşadək; gizir və miçmanlar – birinci dərəcə üzrə 35 yaş, ikinci dərəcə üzrə 45 yaş, üçüncü dərəcə üzrə isə 55 yaşadək; kiçik zabitlər, baş zabitlər – yəni mayor və polkovnik-leytenantlar birinci dərəcə üzrə 50 yaş, üçüncü dərəcə üzrə 55 yaşa qədər; polkovniklər birinci dərəcə üzrə 55 yaş, üçüncü dərəcə üzrə 60 yaşa qədər; ali zabitlər isə – yəni generallar müvafiq olaraq 60 yaş və 65 yaşadək təlimlərə cəlb oluna bilərlər” - , deyə Pərviz Sədrəddinov bildirib.
Bununla yanaşı o qeyd edib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 46.1.1-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyata buraxıldıqdan sonra (hərbi yoxlama toplanışlarından başqa) – 1 il ərzində toplanış keçməkdən azad edilirlər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-05-2026