Xameneidən SƏRT MESAJ: “İsrailin sonu yaxınlaşır”
Tarix: 26-05-2026 | Saat: 22:14
Bölmə:Özəl | çapa göndər

İranın ali rəhbəri Müctəba Xameneinin Həcc ziyarətinin başlanması münasibətilə etdiyi müraciət regionda yeni müzakirələrə səbəb olub. Müraciətdə İsraillə bağlı səsləndirilən sərt fikirlər diqqət çəkib.
İran mediasının yaydığı məlumata görə, bəyanatda İsrail “kövrək sionist rejim” və “xərçəng şişi” kimi təqdim olunub. Açıqlamada bu rejimin son mərhələyə yaxınlaşdığı və yaxın illərdə mövcud olmayacağı iddia edilib.
Müraciətdə həmçinin Əli Xameneinin illər əvvəl səsləndirdiyi fikirlərə də istinad olunaraq, İsrailin gələcəkdə tarixdən silinəcəyi vurğulanıb.
Siyasi müşahidəçilər bildirirlər ki, bu açıqlamalar İran–İsrail münasibətlərində onsuz da yüksək olan gərginliyi daha da artıracaq.
Diqqət çəkən digər məqam isə Müctəba Xameneinin ali lider seçildikdən sonra ictimaiyyət qarşısında demək olar ki, görünməməsi və səsli-video çıxışlarının yayılmamasıdır. Buna baxmayaraq, onun adından yayılan bəyanatlar regionda geniş rezonans doğurmağa davam edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-05-2026