Rusiya Ukraynaya yüzlərlə raket və dronla zərbə endirdi – Hava hücumunun nəticələri açıqlandı
Tarix: 02-07-2026 | Saat: 18:29
Bölmə:Özəl | çapa göndər

Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə genişmiqyaslı hava hücumu həyata keçirib. Ukrayna hərbi rəhbərliyinin yaydığı məlumata görə, hücum zamanı müxtəlif istiqamətlərdən ümumilikdə 74 raket və 496 pilotsuz uçuş aparatı buraxılıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, hava hücumundan müdafiə bölmələri əməliyyat zamanı 48 raketi və 476 pilotsuz uçuş aparatını zərərsizləşdirə bilib.
Buna baxmayaraq, hücum nəticəsində bir sıra yaşayış məntəqələrində dağıntılar qeydə alınıb. Son məlumata əsasən, hava zərbələri nəticəsində 13 nəfər həyatını itirib, 80-dən çox şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisənin baş verdiyi ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir, dağıntıların miqyası və zərərin həcmi ilə bağlı araşdırmalar aparılır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər