Mobil versiya
İran BƏƏ-yə sərt xəbərdarlıq etdi: "Hərbi hədəfə çevrilə bilər"
Tarix: 10-07-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

İran BƏƏ-yə sərt xəbərdarlıq etdi: "Hərbi hədəfə çevrilə bilər"




İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü İsmayıl Kövsəri Birləşmiş Ərəb Əmirliklərini ABŞ-ın İrana qarşı son hərbi əməliyyatlarına dəstək verməkdə ittiham edib və bunun ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.

Kövsərinin sözlərinə görə, əgər BƏƏ ABŞ əməliyyatları üçün öz ərazisini və logistika imkanlarını təqdim edibsə, bu, Tehran tərəfindən düşmən addımı kimi qiymətləndiriləcək.

İranlı deputat bildirib ki, İran Silahlı Qüvvələrinin mövqeyinə əsasən, İrana qarşı hücumların həyata keçirilməsi üçün istifadə olunan istənilən ərazi qanuni hərbi hədəf hesab oluna bilər. Onun iddiasına görə, belə vəziyyətdə neft-qaz infrastrukturu və nəqliyyat şəbəkələri də mümkün cavab tədbirlərinin hədəfinə çevrilə bilər.

Kövsəri BƏƏ-ni bu cür addımlardan çəkinməyə çağıraraq vurğulayıb ki, Tehran belə halları öz milli təhlükəsizliyi üçün "qırmızı xətt" hesab edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-07-2026