Zelenski: "Putinin əlində qalan yeganə üstünlük ballistik raketlərdir"
Tarix: 10-07-2026 | Saat: 19:40
Bölmə:Özəl | çapa göndər

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin gedişi barədə danışarkən Moskvanın əvvəlki hərbi üstünlüyünü itirdiyini iddia edib.
Onun sözlərinə görə, Ukrayna son dövrdə həm cəbhədə, həm də hava məkanında imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib və bunun nəticələri artıq açıq şəkildə görünür.
Zelenski bildirib ki, Vladimir Putin bunu yaxşı anlayır və Rusiyanın əvvəlki üstünlüyü artıq mövcud deyil. Ukrayna liderinin fikrincə, Moskvanın əlində qalan əsas üstünlük yalnız ballistik raketlər və mülki obyektlərə yönələn dağıdıcı zərbələrdir.
Prezident həmçinin ABŞ Prezidenti Donald Tramp və digər dünya liderləri ilə keçirdiyi son görüşlərə toxunaraq bildirib ki, beynəlxalq tərəfdaşlar Ukraynanın hərbi potensialının əvvəlki dövrlə müqayisədə xeyli gücləndiyini qəbul edirlər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-07-2026