Ərdoğanın "Bizi izləyin" mesajından sonra yeni iddia: S-400-lər Körfəz ölkəsinə satılıb?
Tarix: 10-07-2026 | Saat: 21:00
Bölmə:Özəl | çapa göndər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO Zirvəsindən sonra S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı səsləndirdiyi "Bizi izləməyə davam edin" açıqlamasının ardından Türkiyə mediasında diqqətçəkən iddia yayılıb.
Məlumata görə, Rusiyadan alınmış S-400 sistemləri Körfəz ölkələrindən birinə satılıb və bununla bağlı rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi gözlənilir.
İddialarda bildirilir ki, sistemlərin Birləşmiş Ərəb Əmirlikləri və ya Qətərə satıldığı ehtimal olunur. Həmçinin qeyd edilir ki, son texniki prosedurların tamamlanmaq üzrə olduğu irəli sürülür.
Türkiyə mediasında səsləndirilən digər iddiaya görə, belə bir addım ABŞ-ın Türkiyəyə tətbiq etdiyi CAATSA sanksiyalarının aradan qaldırılması prosesinə müsbət təsir göstərə bilər. Bildirilir ki, Vaşinqtonun əsas şərtlərindən biri S-400 sistemlərinin Türkiyənin istifadəsində olmaması və bu sahədə Rusiya ilə əməkdaşlığın davam etməyəcəyinə dair təminatın verilməsidir.
Xatırladaq ki, NATO Zirvəsindən sonra keçirilən mətbuat konfransında Ərdoğan S-400-lərin gələcəyi ilə bağlı suala birbaşa cavab verməmiş, yalnız "Bizi izləməyə davam edin" deməklə kifayətlənmişdi.
Qeyd edək ki, Türkiyə hökuməti S-400 sistemlərinin satılması ilə bağlı yayılan məlumatları hələlik rəsmi şəkildə təsdiqləməyib. Buna görə də bu məlumatlar hazırda media orqanlarında səsləndirilən iddia xarakteri daşıyır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-07-2026