Aqrar sığorta eksperti olmaq istəyənlər üçün növbəti təlimlər keçirilib
Tarix: 15-07-2026 | Saat: 15:56
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizminə maraq artmaqda, sığortalanan təsərrüfatların sayı və çeşidi genişlənməkdədir. Aqrar sığortaya artan tələbat, eləcə də son illər iqlim dəyişiklikləri səbəbindən təbiət hadisələrinin sayının çoxalması ölkədə aqrar sığorta ekspertlərinə ehtiyacı artırıb. Bu tələbatı qarşılamaq məqsədilə Aqrar Sığorta Fondunda müstəqil aqrar sığorta eksperti olmaq istəyənlər üçün növbəti təlimlər keçirilib.
Aqrar Sığorta Fondunun ofisində, eləcə də Qobustan rayonundakı taxıl, üzüm və qoz təsərrüfatlarında keçirilən təlimlərdə bitkiçilik sahəsində mövsümi və digər risklər, təbiət hadisələrinin əkin sahələrinə təsiri, dəymiş zərərlərin hesablanması ilə bağlı məlumatlar verilib. Təlim zamanı iştirakçılar taxıl, pambıq və sair texniki bitkilər, eləcə də meyvə bağları və bostan tərəvəz bitkilərinə müxtəlif hadisələr səbəbindən dəymiş zərərlərin qiymətləndirilməsi, sığorta hadisələrinin müəyyən edilməsi, aqrar sığortanın əhatə etdiyi hallar və məhsullar üzrə geniş məlumatla tanış olublar.
Xatırladaq ki, hazırda aqrar sığorta mexanizmi nəticəsində 400 min hektara yaxın əkin sahəsi sığortalanır, qarşıdakı dövrdə bu ərazilərin 1 milyon hektara çatdırılması nəzərdə tutulur.
Təlimləri başa vuran namizədlər Dövlət İmtahan Mərkəzinin avqust ayında təşkil olunacaq imtahanına buraxılacaqlar. İmtahandan uğurla keçən namizədlər müvafiq sertifikat alıb, Azərbaycan Mərkəzi Bankının reyestrinə daxil ediləcək və aqrar sığorta eksperti fəaliyyətinə başlayacaqlar. İxtisaslaşmış aqrar sığorta ekspertlərinin sayının artarılması sığortalanmış təsərrüfatlarda hadisələrin daha yaxşı araşdırılması, zərərin hesablanması və fermerlərə ödəniş prosesinin daha sürətli həyata keçirilməsinə imkan verəcək.
Aqrar sığorta ekspertləri aqrar sığorta sistemində mühüm rola malikdir. Sığorta olunan təsərrüfatların risk qiymətləndirməsi, eləcə də hadisə baş vermiş təsərrüfatlarda hadisələrin araşdırılması və zərərin hesablanması məhz müstəqil aqrar sığorta ekspertləri tərəfindən həyata keçirilir. Aqrar sığorta eksperti fəaliyyəti gəlirlidir, ekspertlərə həyata keçirdiyi xidmətin müqabilində xidmət haqqı, eləcə də yol pulu ödənilir. Ölkə qanunvericiliyinə əsasən 60-a yaxın ixtisas sahibi müvafiq mərhələləri keçməklə aqrar sığorta eksperti fəaliyyəti göstərə bilər.
Aqrar sığorta ekspertlərinin fəaliyyəti, ekspert təlimləri və Aqrar Sığorta Fondunun fəaliyyəti ilə bağlı digər məlumatları 1651 Çağrı Mərkəzinə və Fondun bölgədəki filiallarına müraciət etməklə almaq olar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər