AfD-dən Almaniya üçün RADİKAL PLAN: Şengendən çıxış, sərhədlərin bağlanması və avrodan imtina
Tarix: 24-08-2026 | Saat: 18:14
Bölmə:Özəl | çapa göndər

Almaniyada siyasi müzakirələrə səbəb ola biləcək açıqlama verilib. İfrat sağçı Almaniya üçün Alternativ (AfD) Partiyasının lideri Alis Vaydel partiyasının hakimiyyətə gələcəyi təqdirdə ölkənin Avropa siyasətində ciddi dəyişikliklər həyata keçirməyi planlaşdırdığını bildirib.
Vaydel ZDF-ə müsahibəsində AfD-nin federal səviyyədə kifayət qədər siyasi güc əldə edəcəyi halda Almaniyanın Şengen zonasından çıxmasını, sərhədlərdə nəzarətin sərtləşdirilməsini və avrodan imtina edilməsini müdafiə edib.
AfD liderinin sözlərinə görə, partiya Almaniyanın yenidən milli valyutaya keçməsini istəyir. O, avronu qeyri-sabit və zəif valyuta kimi qiymətləndirərək ölkənin vahid Avropa valyutasına keçməzdən əvvəl iqtisadi baxımdan daha əlverişli vəziyyətdə olduğunu iddia edib.
Vaydel avronun tətbiqindən sonra Almaniyada sosial-iqtisadi problemlərin və yoxsulluğun genişləndiyini bildirib. Onun fikrincə, milli valyutaya qayıdış ölkənin pul-kredit siyasəti üzərində daha geniş müstəqillik əldə etməsinə imkan verə bilər.
AfD-nin planında miqrasiya siyasəti də əsas istiqamətlərdən biridir. Partiya lideri Almaniyanın mövcud sərhəd və miqrasiya siyasətini sərt tənqid edərək hakimiyyətə gələcəkləri təqdirdə sərhədləri bağlayacaqlarını açıqlayıb.
“Açıq sərhədlər var, hər kəs içəri girə bilər. Daxili təhlükəsizlik bundan əziyyət çəkir. Biz bunu çox açıq şəkildə deyirik: sərhədləri bağlayacağıq”, – deyə Vaydel mövqeyini ifadə edib.
Almaniyanın qaçqın siyasətinə də toxunan siyasətçi ölkədə yaşayan suriyalıların geri göndərilməsini təklif edib. AfD uzun müddətdir Almaniyanın miqrasiya siyasətinin sərtləşdirilməsini müdafiə edən siyasi qüvvələrdən biri kimi çıxış edir.
Beləliklə, söhbət Almaniyanın artıq Şengen zonasından çıxması və ya avronu ləğv etməsi barədə qəbul edilmiş dövlət qərarından deyil, AfD liderinin partiyasının hakimiyyətə gələcəyi halda həyata keçirmək istədiyi siyasi proqramdan gedir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-08-2026