Netanyahunun oğluna sui-qəsd iddiası: ABŞ-dən təcili çıxarıldı
Tarix: 26-08-2026 | Saat: 20:00
Bölmə:Özəl | çapa göndər

İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun ABŞ-da olduğu müddətdə İranla əlaqələndirilən sui-qəsd planının hədəfinə çevrildiyi iddia olunur.
Məlumata görə, İsrail kəşfiyyatı planı 2025-ci ilin dekabrında aşkarlayıb. Həmin dövrdə Yair Netanyahu Florida ştatının Mayami yaxınlığındakı Hallandeyl-Biç şəhərində yaşayırdı.
İddialara əsasən, İranla əlaqəli şəxslər Yair Netanyahunun yaşadığı ünvanı və gündəlik hərəkətlərini izləyiblər. İsrail tərəfi əldə etdiyi məlumatları ABŞ rəsmiləri ilə bölüşdükdən sonra təhlükəsizlik tədbirləri gücləndirilib.
Təhlükənin ciddi qiymətləndirilməsi səbəbindən Yair Netanyahunun Floridanı dərhal tərk etməsi istənilib. Bildirilir ki, o, hətta şəxsi əşyalarını götürməyə imkan tapmadan ABŞ-dən ayrılaraq İsrailə qayıdıb.
Benyamin Netanyahu daha əvvəl İranın oğullarından birini öldürməyə cəhd göstərdiyini açıqlamışdı. O zaman hədəfin kimliyi barədə ətraflı məlumat verilməsə də, sonrakı xəbərlərdə söhbətin Yair Netanyahudan getdiyi iddia edilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-08-2026