Mobil versiya
“Mənim sevimli quşcuğazım “Bəs mənimlə evlənəcəkdin...” - Rəşid Behbudovun qızından Polad Bülbüloğluna - ŞOK
Tarix: 26-08-2026 | Saat: 21:44
Bölmə:Ölkə | çapa göndər

“Mənim sevimli quşcuğazım “Bəs mənimlə evlənəcəkdin...” - Rəşid Behbudovun qızından Polad Bülbüloğluna - ŞOK


Uzun illər Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışmış, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun 3-cü dəfə evlənməsi ilə bağlı yayılan məlumatlar gündəmdə müzakirələrə səbəb olub.

Xalq artisti Rəşid Behbudovun qızı Rəşidə Rəşid də xəbəri sosial şəbəkə səhifəsində paylaşaraq, maraqlı şərh yazıb:

“Mənim sevimli quşcuğazım. Axı sən mənlə evlənəcəyini söz vermişdin, uzun illər mənə and içmişdin. Nə oldu? Hətta məni Müslüm Maqomayevdən şəxsən xahiş etmişdin. Necə bir xəyanət... xəyanət...”

Şərhlərdə onun bu sözlərı ironiya ilə yazdığı məlum olub.

Qeyd edək ki, Rəşidə Rəşid özü ailəlidir, bir oğlu var.

Xatırladaq ki, Rəşidə Rəşid atası Rəşid Behbudova olan münasibət və haqsızlıqla bağlı uzun illər Polad Bülbüloğluna qarşı tənqidi münasibət göstərib. (bakupost.az)





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-08-2026