Mobil versiya
Paşinyan Rusiyaya 400 milyonluq çıxış yolu göstərdi – Moskva razılaşacaq?
Tarix: 26-08-2026 | Saat: 21:00
Bölmə:Özəl | çapa göndər

Paşinyan Rusiyaya 400 milyonluq çıxış yolu göstərdi – Moskva razılaşacaq?



Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya ölkənin dəmir yollarının idarəetməsi üzrə konsessiya hüquqlarını təxminən 400 milyon dollara satmağı təklif edib. İrəvan bununla dəmir yolu sistemində yeni idarəetmə modelinə keçmək istəyir.
Paşinyan bildirib ki, Ermənistan Rusiya ilə razılığa gəlmək niyyətindədir və Moskvanın maraqlarına hörmət edir. Bununla belə, başqa dövlətin maraqlarının Ermənistanın strateji maraqlarından üstün tutulmasını qəbuledilməz saydığını vurğulayıb.
Sabiq maliyyə naziri Fikrət Yusifov hesab edir ki, zahirən kommersiya təklifi kimi görünən təşəbbüsün arxasında ciddi geosiyasi məqsədlər dayanır. Ermənistan xüsusilə TRIPP və yeni regional nəqliyyat marşrutları fonunda dəmir yolları üzərində daha sərbəst qərar vermək imkanına sahib olmaq istəyir.
Ekspertin fikrincə, Moskvanın 400 milyon dollarlıq təklifə dərhal razılıq verməsi çətin görünür. Çünki Rusiya üçün Ermənistan dəmir yolları yalnız iqtisadi aktiv deyil, həm də regiondakı strateji təsir vasitələrindən biridir.
Tərəflər konsessiyanın taleyi, kompensasiya və yatırımlar barədə razılığa gələ bilməsələr, məsələnin beynəlxalq arbitraj və ya digər hüquqi müstəviyə keçməsi də istisna edilmir. Bununla belə, hazırda ən real variant qarşılıqlı danışıqlarla kompromisin tapılmasıdır.
Razılaşma baş tutarsa, Ermənistanın nəqliyyat infrastrukturu üzərində Rusiyanın təsiri zəifləyə və İrəvanın yeni regional tranzit layihələrinə inteqrasiyası sürətlənə bilər. Bu səbəbdən 400 milyon dollarlıq təklif sadəcə dəmir yolunun idarəçiliyi deyil, Ermənistan-Rusiya münasibətlərində daha böyük geosiyasi dəyişikliklərin bir hissəsi kimi görünür.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-08-2026