Mobil versiya
"Azərpoçt"da yeni təyinat - FOTO
Tarix: 31-08-2026 | Saat: 23:11
Bölmə:Ölkə | çapa göndər

"Azərpoçt"da yeni təyinat - FOTO


"Azərpoçt" MMC-də yeni kadr təyinatı həyata keçirilib.

Nail Qasımzadə "Azərpoçt"un Hesabatlılıq və təhlil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Məlumata əsasən, Nail Qasımzadə bu təyinata qədər özəl bank sektorunda fəaliyyət göstərən banklardan birində çalışıb.

Xatırladaq ki, bu ilin aprel ayında "Azərpoçt" MMC-də rəhbərlik dəyişikliyi baş verib.

Qurumun İdarə Heyətinin sədri İsi Mustafayev vəzifəsindən ayrılıb və onun yerinə Manaf Babayev təyin edilib. İsi Mustafayevin gedişindən sonra İdarə Heyəti sədrinin müavini Xəyyam Əlizadə və İdarə Heyətinin üzvü, Baş maliyyə direktoru Çingiz Qurbanov da vəzifələrini tərk ediblər.

Son təyinat da "Azərpoçt"da son aylarda aparılan kadr dəyişikliklərinin davamı kimi qiymətləndirilir./nocomment.az/





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-08-2026