Mobil versiya
Orban Rusiya ilə NATO arasında bufer zonanın yaradılmasına çağırıb
Tarix: 29-03-2024 | Saat: 20:27
Bölmə:Özəl | çapa göndər

Orban Rusiya ilə NATO arasında bufer zonanın yaradılmasına çağırıb

NATO Ukraynada bufer zona ideyası ilə razılaşmalıdır, çünki Rusiya alyans ölkələrini hücumla hədələmir. Viktor Orban bu barədə Macarıstanda Avstriyanın keçmiş xarici işlər naziri Volfqanq Şussellə “European Voices” nəşri üçün söhbətində danışıb.Orban xəritəyə nəzər salmağa çağırıb və qeyd edib ki, Ukrayna üçün ən yaxşı variant alyansa qoşulmaqdan imtina etmək və təhlükəsizlik zəmanəti ilə bufer zona yaratmaq olacaq. Onun fikrincə, ukraynalılar NATO-ya üzv olmaq kursunu davam etdirsələr, ölkələrini itirə bilərlər.

Macarıstanın baş naziri deyib: “Rusiyanın NATO üzvü olan ölkəyə hücumu təhlükəsi yoxdur”.
O vurğulayıb ki, Rusiya heç vaxt Ukraynanın alyansa daxil olması ilə razılaşmayacaq, çünki bu, təşkilatın ölkə sərhədlərinə yaxınlaşması demək olacaq.Bundan əvvəl Orban Qərbi Ukrayna ilə bağlı Rusiya ilə birbaşa danışıqlar aparmağa çağırıb. Onun fikrincə, Avropa öz yerini ABŞ-a verərək Rusiya ilə danışıqlardan imtina edərsə, o zaman avropalıların maraqları təhlükə altına düşəcək.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024