Mobil versiya
2000-dən çox psixoloq sionist rejimin BMT orqanından çıxarılmasını tələb edir
Tarix: 29-03-2024 | Saat: 21:12
Bölmə:Özəl | çapa göndər

2000-dən çox psixoloq sionist rejimin BMT orqanından çıxarılmasını tələb edir


Dünyanın müxtəlif ölkələrindən olan 2000-dən çox psixoloq BMT-nin baş katibi və BMT-nin Qadın Hüquqları Komissiyasının katibinə ünvanladığı məktubda sionist rejimin BMT-nin Qadınlar Komissiyasından çıxarılmasını tələb ediblər.

Psixoloqlar bu məktubda sionist rejimin Qəzzədəki vəhşi cinayətlərini pisləyərək, dünya təşkilatlarının mühasirəyə alınmış anklavda qadın və uşaqların psixi sağlamlığına etinasız yanaşmasından ciddi narahat olduqlarını bildiriblər.

Məktubda psixoloqların verdiyi bir neçə sual yer alır: Sionist rejim o dəhşətli pozuntuları törətdikdən sonra necə hələ də bu Komissiyanın üzvüdür və 25 mindən çox günahsız qadın və uşağın qanına bulanmış qadın və uşaqların hüquqlarından danışır? Qəzzada müharibədə qətlə yetirilənlərin təxminən 70%-i günahsız qadın və uşaqlar olduğu halda, bu rejim necə qadın hüquqlarını iddia edir! Onlar beynəlxalq təşkilat olan Birləşmiş Millətlər Təşkilatının gözünün və qulağının bu ağır cinayətə bağlı olub-olmadığını soruşublar.Məktubun sonunda psixoloqlar İsrailin vəhşiliklərinə məhəl qoymamağın nəticələri, o cümlədən Birləşmiş Millətlər Təşkilatının etibarına xələl gətirmək barədə xəbərdarlıq edərək, bu qeyri-qanuni rejimin tezliklə bu təşkilatın bütün tabeliyindəki qurumlarından, o cümlədən BMT-nin Qadın Hüquqları Komissiyasından çıxarılmasına çağırıblar. 7 oktyabr 2023-cü il tarixindən etibarən İsrail rejimi Qərb ölkələrinin tam dəstəyi ilə Qəzza və İordan çayının qərb sahilində müdafiəsiz və məzlum fələstinlilərə qarşı yeni genişmiqyaslı qırğına başlayıb.

Son məlumatlara görə, bu hücumlar zamanı 32 mindən çox fələstinli şəhid olub, 74 mindən çox fələstinli isə yaralanıb.

İsrail rejimi 1917-ci ildə İngiltərənin müstəmləkəçilik sxeminin bir hissəsi olaraq, müxtəlif ölkələrdən yəhudilərin Fələstin torpağına köçü ilə qurulub. O vaxtdan bəri sionist hərəkat fələstinlilərin soyqırımı və kütləvi surətdə köçürülməsi və onların torpaqlarının müsadirə edilməsi planlarını həyata keçirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024