Mobil versiya
İş və istirahət günlərinin yeri dəyişdirildi - 4 gün ardıcıl tətil olacaq
Tarix: 04-06-2025 | Saat: 15:20
Bölmə:Manşet / Gündəm | çapa göndər

İş və istirahət günlərinin yeri dəyişdirildi -

Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət günlərinin yerlərinin dəyişdirilməsi barədə qərar verib.

aia.az xəbər verir ki, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü iş günü hesab edilmir, 21 iyun isə şənbə gününə təsadüf edir.

Bu il 28 iyun şənbə günü, 29 iyun bazar günüdür. Beləliklə, 26, 27, 28 və 29 iyun tarixləri qeyri-iş günü, 21 iyun isə iş günü olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə