Milli Məclisin deputatı Asif Əsgərov növbəti dəfə sakinlərlə görüşüb -Fotolar
Tarix: 06-06-2025 | Saat: 15:19
Bölmə:Manşet / Siyasət | çapa göndər

Millət vəkili Asif Əsgərov Suvagil kəndində şəhid Məmmədov Fəqanin ailəsinə baş çəkib, onların qayğıları və ehtiyacları ilə maraqlanıb. Şəhidin əziz xatirəsinə kənddə inşa edilən bulağın tikinti işlərinə də baxış keçirilib. Şəhidin ailəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğının davamlı olacağını vurğulayıb.Ailəyə maddi yardım göstərilib.
Görüşdə Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd bələdiyyəsi və ərazi nümayəndəsi,eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daha sonra Qurban bayramı münasibətilə millət vəkili Asif Əsgərov Aşağı Tala kəndi ərazisində yerləşən kəsim məntəqəsində təşkil olunan qurban kəsimində iştirak edib. Kəsilən qurban ətləri şəhid ailələri, qazilər və aztəminatlı ailələr də daxil olmaqla ümumilikdə 200 ailəyə paylanılıb. Bu sosial aksiyanın məqsədi həmrəylik və paylaşma dəyərlərinin gücləndirilməsi olub.
Günün ikinci yarısı millət vəkili şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri ilə görüş keçirib. Görüşdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, ailələrə mənəvi dəstək ifadə olunub. Eyni zamanda, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ehsan süfrəsi təşkil olunub, şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi bir daha dərin ehtiramla anılıb.
Tədbirin sonunda şəhid ailələri Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə səmimi minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, dövlətin və xalqın bu həssas münasibəti onlara güc verir, tək olmadıqlarını hiss etdirir və övladlarının qəhrəmanlığını yaşatmaqda onlara mənəvi dayaq olur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-06-2025