Rusiya dost ölkələrə xəbərdarlıq edib
Tarix: 05-06-2025 | Saat: 22:09
Bölmə:Özəl | çapa göndər

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya dost ölkələri britaniyalılarla yaxınlaşmaqdan və British Council* kimi təşkilatlar üçün əlverişli şərait yaratmaqdan çəkindirir. Bundan əvvəl Rusiya Federasiyasının Baş Prokurorluğu British Council-ın fəaliyyətini ölkədə arzuolunmaz hal kimi tanıyıb. Bu qərar təşkilatın Britaniyanın uzunmüddətli maraq və dəyərlərinin təbliği, LGBT hərəkatının** təbliğatı və Rusiyanın daxili və xarici siyasətini gözdən salmaq üçün layihələr həyata keçirməsi ilə bağlıdır. "Rusiyaya dost ölkələrdən olan tərəfdaşlarımızı britaniyalılarla yaxınlaşma və "flört etmək"dən xəbərdar etmək istərdik. British Council kimi təşkilatlar üçün əlverişli şəraitin yaradılması mühüm ictimai-siyasi proseslərə nəzarəti itirmək riski ilə doludur.
“Çünki bu cür fəaliyyətlər zamanı əldə edilən təsir mövqeləri sonradan London tərəfindən digər dövlətlərin daxili işlərinə qarışmaq üçün istifadə olunur ki, bu da onların suverenliyini və ərazi bütövlüyünü birbaşa təhdid edir”, - Zaxarova bildirib.
Bundan əlavə, onun sözlərinə görə, British Council müstəqil ölkələrin suverenliyinə xələl gətirmək məqsədi daşıyan gizli əməliyyatlarda Böyük Britaniyanın kəşfiyyat xidmətlərindən istifadə edir və gizli dağıdıcı fəaliyyətlərdə iştirak edir.
*təşkilatın fəaliyyəti Rusiya Federasiyasında arzuolunmaz hesab edilir
**ekstremist kimi tanınıb və Rusiya Federasiyasında qadağan edilib
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-06-2025