Mask Trampın tənqidinə cavab verib
Tarix: 05-06-2025 | Saat: 21:33
Bölmə:Özəl | çapa göndər

Sahibkar və ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) keçmiş rəhbəri İlon Mask ABŞ prezidenti Donald Trampın tənqidlərinə cavab olaraq bildirib ki, onsuz prezident seçkilərində qalib gələ bilməyəcəkdi. Onun sözlərini RİA Novosti sitat gətirir.
Daha əvvəl Mask Trampın federal xərcləri azaltmaq üçün hazırladığı “Bir Böyük Gözəl” qanun layihəsini tənqid edərək, bunu “iyrənclik” adlandırmışdı. Cavabında ABŞ prezidenti sahibkardan məyus olduğunu bildirib və "ona çox kömək etdiyini" qeyd edib. Tramp həmçinin bildirib ki, əvvəllər Maskla yaxşı münasibəti olub, lakin indi bunun doğru olub-olmadığını bilmir.
DOGE-nin keçmiş rəhbəri səssiz qalmayıb və bildirib ki, ABŞ lideri onsuz prezident seçkilərində qalib gələ bilməzdi.
"Nə nankorluq" dedi Musk.
Xatırladaq ki, sahibkar Tramp administrasiyası yanında DOGE-nin rəhbəri postunu ötən həftə tərk edib. Eyni zamanda Mask bundan sonra da prezidentin dostu və müşaviri olmağa davam edəcəyini vurğulayıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-06-2025