Hacı Mirsultan Ağanın şəfalı ocağı -Reportaj -Müsahibə
Tarix: 06-06-2025 | Saat: 09:32
Bölmə:Özəl | çapa göndər
Hacı Mirsultan Ağanın ziyarətgahından hazırladığım xüsusi reportaj-müsahibə.

Hər kəs bu dünyaya bir məqsədlə gəlir, öz missiyasını yerinə yetirir və bir gün həyat yolunu tamamlayaraq dünyadan köçür. Amma əsl sual budur: hamı insanlıq missiyasını layiqincə yerinə yetirə bilirmi?
Hacı Mirsultan Ağamız bu dünyada əsl kişi ömrü yaşadı—öz Ağası, cəddi İmam Zeynül-Abidin kimi fədakar, nəcib və xeyirxah bir həyat sürdü. Həddən ziyadə xeyirli əməlləri ilə insanlara nur saçdı. Onun dünyadan köçdüyü gün mən də Xırdalandan üz tutdum Biləsuvar rayonunun Əsgərabad kəndinə. Yay aylarında nadir hallarda belə yağış yağır, amma həmin gün yol boyu yağış məni müşayiət edirdi.
Bu sadəcə adi bir təbiət hadisəsi deyildi—bu, Allahın ən yaxın dostlarından biri olan Hacı Mirsultan Ağamızın nurunun, bərəkətinin göylərdən yer üzünə göndərilməsi idi. Sanki təbiət özü də bu böyük ruhun gedişini dərk edirdi.
Ağamızın ziyarətgahı Biləsuvar rayonunun Əsgərabad kəndində yerləşir. 2000-ci ildə, övladının təşəbbüsü ilə yaradılmış bu müqəddəs məkan illərdir ruhani dəyərlərin yaşadığı yer kimi qalır.
Hər dəfə bu ziyarətgaha daxil olanda, sanki başqa bir aləmə düşürəm—zamandan və məkandan ayrılıb, özümü unutmuş kimi oluram. Burada, mənəvi sakitlik içində, Allahla, İmamlarla, Seyidlərlə söhbət etdiyimi hiss edirəm.
Bölgələrimizin müxtəlif yerlərindən insanlar hər zaman bu müqəddəs ziyarətgaha axın edirlər. Yüzlərlə, minlərlə insan burada rahatlıq tapır, dualar edir, Ağanın ocağında bir tikə çörək yeyir, su içir, çay süzüb içir. Bu yer, sadəcə bir məkan deyil—bir ümid, bir inam, bir sığınacaqdır.
Hacı Mirsultan Ağamızın ziyarətgahına addım atdığım an, burada hökm sürən ruhani sükunət və dərin hörmətin təsiri məni bürüdü. Burada hər daş, hər ağac, hər nəfəs alışı sanki bir tarix danışır, bir mirasın yaşadığını bildirirdi. O an bilirdim ki, bu məkan sadəcə bir yer deyil—bir irs, bir inam, bir sədaqət nümunəsidir.
Ziyarətgahın müqəddəs ab-havasını duyduğum ilk an, onun oğlu və varisi Hacı Miralim Ağayla görüşdüm. Bu görüş təkcə bir salamlaşma deyil, həm də bir dərin irsin, bir davamın mənə açılan qapısı idi.

- Miralim Ağa, bu ziyarətgahın yaradılması təşəbbüsü ilk dəfə kim tərəfindən irəli sürüldü?
- Fuad oğlum, atam Hacı Mirsultan Ağamızın ziyarətgahının yaradılması təşəbbüsü özümə məxsusdur. Bu müqəddəs ziyarətgah bütün mənəvi dəyərləri özündə ehtiva edir. Atam həmişə arzulayırdı ki, insanlar burada mənəvi rahatlıq tapsın, Allaha, İmamlara, Peyğəmbərə dua edə bilsinlər. 2000-ci ildə ailəmizin təşəbbüsü və dövlətimizin, icmanın dəstəyi ilə bu müqəddəs ocaq yaradıldı. Bu illər ərzində milyonlarla insan buraya zəvvar kimi üz tutub, dua edib, mənəvi güc tapıb.
- Anım gününün keçirilməsi üçün hansı hazırlıq işləri görülür və bu prosesdə ziyarətgahın abadlaşdırılması, tədbirlərin təşkili və ziyarətçilərin yönləndirilməsi necə həyata keçirilir?
- Hər il olduğu kimi, bu il də anım gününün keçirilməsi üçün ciddi hazırlıq işləri gördük. İlk növbədə, ziyarətgahın həyəti abadlaşdırıldı, ətrafı təmizləndi və insanların rahatlığı üçün bütün tədbirlər yüksək səviyyədə təşkil edildi. Biz istəyirik ki, ziyarətə gələn hər kəs buradan ruhani rahatlıqla ayrılsın. Ziyarətçilərin ibadət və duaları üçün xüsusi hazırlıq işləri görülüb.
Siz də çox sağ olun ki, dəvətimizi qəbul etdiniz və bu uzun yolu qət edib gəldiniz. Öz gözlərinizlə hər şeyi görürsünüz—bölgələrdən axın-axın insanlar gəlirlər. Müqəddəs atamızın anım günündə müqəddəs Quran tilavəti, dini çıxışlar, dualar və xatirə mərasimləri keçirilir. Bu gün, həm Hacı Mirsultan Ağamızın xatirəsini yad edirik, həm də onun mirasını yaşadırıq.
Biləsuvar rayonunun İcra hakimiyyətinin başçısı, Faiq Qürbətov, Hacı Mirsultan Ağanın ziyarətgahına baş çəkərək bu mənəvi məkanın dəyərini paylaşdı.

- Ziyarətçilər əsasən hansı bölgələrdən gəlirlər və dövlət rəsmilərinin anım günlərində iştirakı ziyarətgahın dəyərinə necə təsir edir?
- Hacı Mirsultan Ağanın müqəddəs ziyarətgahına Azərbaycanın müxtəlif bölgələrindən zəvvarlar gəlirlər—Bakı, Gəncə, Naxçıvan, Şəki, Qarabağ, Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Salyan, Sabirabad, Saatlı, Şirvan, Beyləqan və daha bir çox yerlərdən.

Buraya insanlar yalnız ibadət üçün gəlmir—hər bir kəsin bir dərdi var və onlar burada şəfa tapmağa, ruhani güc əldə etməyə çalışırlar. Dövlət rəsmilərinin bu müqəddəs məkandakı iştirakı isə ziyarətgahın dəyərini daha da artırır. Onların dəstəyi, bu mirasın qorunmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir. Hər il anım günündə rəsmi şəxslərin iştirakı bu müqəddəs ocağın xalqımızın mənəvi həyatında mühüm yer tutduğunu bir daha təsdiq edir.
- Atanız Hacı Mirsultan Ağaya dair ən yadda qalan xatirələriniz və onun mirasını yaşatmaq yolunda atdığınız addımlar nədir. Məkkədə onun müqəddəs məzarını ziyarət edərkən yaşadığınız duyğular sizin üçün hansı mənəvi dəyəri ifadə edir?
- Atam haqqında çoxlu xatirələrim var—onun insanlara sevgisi, mərhəməti, qayğıkeşliyi mənim üçün ən əziz yaddaşlardır. O, heç kimi naümid qoymazdı, ehtiyacı olanlara çarə qılardı, hamıya hörmətlə yanaşardı. Ağamızın müqəddəs həyat yolu yalnız mənim üçün deyil, bütün ailəmiz üçün mirasdır. Mən bu mirası yaşatmaq üçün əlimdən gələni edirəm.
Elə bu miras yaşadıqca, müqəddəs ziyarətgahımız da yaşayır və mən burada insanlarla birlikdə ruhani rahatlığımı tapıram. Məkkədə onun məzarını ziyarət etdiyim zaman hisslərimi ifadə etmək çətindir. Hər dəfə o müqəddəs torpaqlarda onun hüzurunda dua edərkən, onun ruhunu hiss edirəm. Bu, mənə dərin bir rahatlıq və minnətdarlıq hissi verir. Mən bu səfəri sadəcə bir ziyarət kimi qəbul etmirəm—oraya gedəndə atamın varlığını yanımda hiss edirəm, onun nurunu duyuram.
Hacı Miralim Ağa, atası Hacı Mirsultan Ağanın mirası, gördüyü işlər və mənəvi dəyərləri haqqında dolğun və təfsilatlı danışdı. Lakin unutmayaq ki, Ağamızın ziyarətgahı yalnız ailəsi üçün deyil, milyonlarla mömin şəxsin mənəvi dayaq nöqtəsidir.
Ağanın anım günündə ziyarətə gələn müxtəlif insanlarla söhbət edərək, onların Ağa haqqında fikirlərini öyrəndim. Bu ziyarətgahda hər kəsin özünəməxsus bir düşüncəsi var, hər ziyarətçinin buraya gəlmə səbəbi fərqlidir.
Hacı Vasif Şirvanlı Ağa haqqında düşüncələrini belə ifadə etdi...

- Hər dəfə Hacı Mirsultan Ağanın ziyarətgahına gəldikdə, burada keçirdiyiniz hisslər və ruhani təcrübəniz necə olur? Sizə xüsusi bir enerji və ya rahatlıq bəxş edir?
- Ağanın ziyarətgahına tez-tez gəlmək dedikdə, əvvəla, mən Hacı Mirsultan Ağayla müqəddəs Məkkə şəhərində bir yerdə olmuşam—1993-cü ildə. Ondan öncə də Hacı Mirsultan Ağanın mərhum atamla münasibətləri olub. Özümə də necə deyərlər, əmilik münasibəti daim mövcud idi.
Onun ziyarətinə tez-tez gəlmək yox, hər gün gəlmək mənim üçün bir borc, bir ehtiyacdır—həm Seyid kimi, həm də Həcc ziyarətçisi və onun yoldaşı kimi. Artıq 32 ildir bu müqəddəs ziyarətgaha ardıcıl şəkildə gəlib gedirəm. Mənim dualarımın müstəcəb olması, ziyarətimin müstəcəb olması da məhz bu ardıcıllıqdan gəlir. 32 il boyunca davam etdirdiyim bu yol mənim imanımın göstəricisidir. Odur ki, burada başqa izaha ehtiyac qalmır.
- Ziyarətgahın mühiti və enerjisi sizə hansı təəssüratları bağışlayır? Ziyarətgahda olduğunuz zaman hansı duyğular daha çox önə çıxır?
- Ziyarətgahın mühiti, əlbəttə ki, tam müsbət enerjiyə malikdir. Bu müqəddəs məkan, özlüyündə ruhani güc və mənəvi dəyər daşıyır. Çıxışlarımda da qeyd etmişəm—Azərbaycanın hər zaman, hər il iyunun dördündə bütün bölgələri bu məkanda bir araya gəlir. Hacı Mirsultan Ağa, öz varlığı ilə milli birliyi bir daha möhkəmləndirir. Xalqımızın əqidə birliyinin sübutu buradadır—ümumdövlətimizə edilən duaların ardıcıl şəkildə hər il təkrar olunması da bunu göstərir.
Vaxt var idi, xalqımızın qələbə arzusu ilə etdiyi duaların müstəcəb olması üçün dua edirdik. Bu duaların, bir xalq olaraq qəbul olunmasına burada əyani şəkildə şahid olduq. Şükür Allaha, artıq beş ildir ki, bu zəfərli illəri Ağanın ünvanında birlikdə qeyd edirik. Xalqımız yenə burada dua edir, şəhidlərimizi yad edir, dövlətimizin qüdrətli olması üçün niyaz edir.
Allah bu yolda şəhid olanları rəhmət eləsin! Allah dövlətimizi daha da qüdrətli etsin! Ağamız da həmişə dualarında dövlətimizi təmsil edib. O cümlədən, yadigarları—Miralim Ağa və digər övladları da dövlətçiliyimizə, milliliyimizə və mənəvi dəyərlərimizə həmişə sadiq olublar. Bax, bu enerji daim bizi yaşadır!
Biləsuvar rayonunun Ağsaqqallar Şurasının sədri Akif Kazımov Ağaya dair xatirələrini bizimlə paylaşdı...

"Ağa bizim fəxrimiz, fəxarətimizdir. Onun ruhu yaşayır, biz də onun ruhuyla yaşayırıq. Bura bizim and yerimizdir, müqəddəs ocağımızdır. Bu nurdan bəhrələnirik, burada tapdığımız mənəvi güc bizə yol göstərir. Allah Ağamıza rəhmət eləsin, ruhu şad olsun!
Hər il bu ziyarətgahda layiqli tədbirlər keçirilir və biz də iştirak edirik. Ağanı həmişə xatırlayırıq, onun siması gözümüzün önündədir, göstərdiyi fəaliyyət də unudulmazdır. O, burada nə qədər xeyirxah işlər görmüşdü—hamının dadına çatırdı, ehtiyacı olanların köməyinə yetirdi. Çətin işləri həll edirdi, insanların problemlərinə çarə tapırdı. Şəxsən bizim öz ailəmizə də çox kömək olub, onun ruhu xalqımıza hər zaman dayaqdır.
Ona görə də insanlar buraya gəlib onun ruhundan təsəlli tapırlar. Allah Ağamıza qəni-qəni rəhmət eləsin!"
Jurnalist Samir Qurbanov, Ağanın mənəvi mirasına dair duyğularını səmimi şəkildə belə ifadə etdi...

"Ağlım söz kəsəndən böyüklərimizdən həmişə eşitmişəm ki, Seyid Alməmməd Ağa qəlbi nurlu, imanlı, xeyirxah, ailəcanlı və səxavətli bir seyid idi. Əlbəttə ki, Mirsultan Ağa da məhz belə bir imam-peyğəmbər nəslindən olan ailədə dünyaya göz açmışdı.
Hər dəfə Mirsultan Ağanın Əsgərabad kəndindəki ocağını ziyarət etdiyimdə, sözün əsl mənasında sanki ruhum sakitləşir. Sanki içimdəki bütün narahatlıqlar bir anlıq susur. Hər daşında, hər kölgəsində bir sükunət var. Ziyarətgahın aurası insanı təmizləyir, mənəvi olaraq yüngülləşdirir. Hətta burada nəfəs almaq belə fərqli hiss etdirir.
Ən çox hiss etdiyim duyğu təvazökarlıq və minnətdarlıqdır. Bu ocaq insanı Allaha və mənəviyyata daha da yaxınlaşdırır. Bəzən gözlərim dolur, bəzən isə səssizcə oturub sanki Yaradanla baş-başa qalırsan. Ətrafın sakitliyi, insanların hörmətlə davranışı, duaların ahəngi—hamısı bir vəhdət halındadır desəm, yanılmaram.
Əslində bu ailə ilə—Ağanın böyük övladı və varisi Miralim Ağa başda olmaqla digər övladları ilə də yaxın dostluq münasibətlərimiz var. Bu üzdən mümkün olduqca tez-tez gəlirəm bu həyətə. Hər gəlişimdə bir dua edirəm, bir arzu diləyirəm. Bəzən o duaların necə və nə vaxt qəbul olunduğunu sonradan anlayıram.
Xüsusilə bir dəfə səhhətimlə bağlı çox narahat bir dönəmdə buraya gəlmişdim. O qədər içdən dua etmişdim ki... Çox keçmədi, hər şey düzəlməyə başladı. O anı heç vaxt unuda bilmirəm."
Şəhid ailələri, ruhanilər, ilahiyyatçılar, hacılar və dindarlar Hacı Mirsultan Ağanın ziyarətgahını ziyarət edərək, bu müqəddəs məkanda duaları və xatirələri ilə iştirak etdilər.

Müsahiblərimizin fikirlərindən aydın olur ki, Hacı Mirsultan Ağanın ziyarətgahı yalnız bir ibadət yeri deyil, həm də naümid insanların sığınacağı, ruhani təsəlli tapdıqları müqəddəs bir ocaqdır. Burada xəstələrin şəfa tapmasının, insanların dua edib mənəvi rahatlıq tapmasının dəfələrlə şahidi olmuşuq.
Ağamızın anım günündə məni dərin duyğulara qərq edən məqamlar yaşandı. Şirvan şəhərindən tədbirə təşrif buyurmuş Hacı Zahirin oxuduğu mərsiyə içimdə kövrək hisslər oyatdı. O an gözlərimdə yaş donub qalmışdı—bu sadəcə söz deyildi, qəlbin dərinliklərinə toxunan bir dua idi. Məclisin ab-havası insanı tamamilə bürüyürdü, sanki zaman dayanmışdı və hər kəs bu müqəddəs anın şahidi olurdu.
Haşiyədən kənara çıxaraq bir məqamı da qeyd etmək istəyirəm. Bir dəfə yuxumda görmüşdüm ki, Hacı Mirsultan Ağanın ziyarətgahının yanındayam. Oğlu və varisi Hacı Miralim Ağa yanımdan keçir və deyir: "Fuad balamdı."
Yuxuda gördüklərim aşkarda, Ağamızın anım günündə öz təsdiqini tapdı. Ziyarətgahda yaşadığım başqa bir hadisə isə mənə bu hissi daha da möhkəmləndirdi. Adını bilmədiyim Salyanlı bir ağsaqqal Hacı Vasif müəllimə yaxınlaşıb məni nəzərdə tutaraq soruşdu: "Bu, Ağanın övladlarındandır?"
Hacı Vasif müəllim cavab verdi: "Yox, Biləsuvarlıdır, jurnalistdir."Ağsaqqal isə bir an düşündükdən sonra dedi: "Elə seyidlərə oxşayır, üzünün nurundan."Mən də ona təbəssümlə cavab verdim: "Dayı, o qədər seyidlərdən yazıram ki, seyidlərin nuru mənə də keçib."
Ağsaqqal səmimiyyətlə əlavə etdi: "Haçan bizim tərəflərə yolun düşsə, qonağımız olarsan." Mən də minnətdarlıqla dedim:
"Çox sağ olun! Allah köməyiniz olsun!"
Bu anlar mənə bir daha sübut etdi ki, yuxular insana gerçəkdə olanların istiqamətini verir. Bəzən yuxularımız bizə gələcəkdə yaşanacaq hadisələri işıqlandırır, bəzən isə gerçək hadisələr yuxularımızın doğruluğunu təsdiq edir. Hacı Mirsultan Ağanın ziyarətgahı mənə bir daha göstərdi ki, insanın ruhu ilə bağlı olan hər şeyin öz zamanı və təsdiqi var.

P.S. Hacı Mirsultan Ağanın müqəddəs ziyarətgahını ziyarət etmək mənim üçün unudulmaz bir təcrübə oldu. Burada keçirdiyim anlar mənə təkcə ruhani rahatlıq deyil, həm də dərin bir ruh yüksəkliyi bəxş etdi. Bu hisslərin qaynağı yalnız ziyarətgahın müqəddəsliyi deyil, həm də reportaj-müsahibəmdə səslənən fikirlər, Ağamızla bağlı qeyri-adi düşüncələr idi.
Bu anlar mənə böyük motivasiya verdi—ömür kitabımın yaddaş səhifəsinə, sözün əsl mənasında qızıl hərflərlə yazılan, qızıldan da dəyərli günlərdən biri kimi həkk olundu. Məhz bu duyğularla reportaj-müsahibəmi hazırladım ki, hər dəfə onu oxuduğumda yaddaşım təzələnsin, o günlər yenə də xəyalən mənimlə olsun.
Müəllif: Fuad BİLƏSUVARLI, AYB və AJB üzvü, Prezident mükafatçısı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-06-2025