Mobil versiya
Karabükdə zəncirvari qəza: Ölən və çox sayda yaralı var
Tarix: 04-06-2025 | Saat: 23:01
Bölmə:Özəl | çapa göndər

Karabükdə zəncirvari qəza: Ölən və çox sayda yaralı var

Karabükün Yenice rayonunda zəncirvari yol qəzası baş verib. Qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Qəza Yenice-Zonquldak avtomobil yolunun İbrıcak kəndi ərazisindən keçən hissəsində baş verib. Daxil olan məlumata görə, 06 BHY 654 dövlət nömrə nişanlı avtomobil yolda ölmək üzrə olan çaqqalı vurmamaq üçün manevr edərkən Tayfun B.-nin idarə etdiyi 06 CCD 547 dövlət nömrə nişanlı yük maşınına çırpılıb. Daha sonra arxadan gələn Bilal Karakayalının idarə etdiyi 61 ACR 354 dövlət nömrə nişanlı avtomobil yük maşınına çırpılaraq yığılıb.
Vəziyyətin bildirilməsi üzərinə hadisə yerinə polis, jandarma, xilasetmə, AFAD və 112 Təcili Xidmət qrupları sövq edilib. Yanan avtomobil və yük maşınındakı yanğına xilasetmə qrupları müdaxilə etdi və yaralılar ilk tibbi yardımın ardından Karabük Təhsil və Araşdırma Xəstəxanasına aparıldı.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.


aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə