Srebrenitsa Soyqırımının 30-cu ildönümü
Tarix: 04-06-2025 | Saat: 23:24
Bölmə:Özəl | çapa göndər

Xorvatiyada Srebrenitsa soyqırımını anmaq üçün açılan sərgidə qurbanların ayaqqabıları nümayiş etdirilib.
Bosniya və Herseqovinanın şərqində 8 mindən çox dinc sakinin serblər tərəfindən qətlə yetirildiyi Srebrenitsa soyqırımının 30-cu ildönümü çərçivəsində Xorvatiyanın paytaxtı Zaqrebdə soyqırımda həyatını itirənlərin ayaqqabılarından ibarət foto sərgi açılıb. Bosniya və Herseqovinanın Zaqreb səfirliyi tərəfindən təşkil edilən anma proqramında soyqırımdan xilas olmağa çalışanların meşə yolunda tapdıqları qanlı, palçıqlı, bağsız və cırıq ayaqqabılardan ibarət “Ölülər” adlı foto sərgisi ziyarətçilərin ixtiyarına verilib.
Bosniya və Herseqovinanın Zaqreb səfiri Elma Kovaçeviç Bajtal bütün məhkəmə qərarlarına, qeydlərə, şahidlərə və fotoşəkillərə baxmayaraq, soyqırımın inkar edildiyini ifadə edərək, "Bütün dünya baş verənləri gördü" dedi. Xorvatiya İslam Birliyinin prezidenti Aziz Hasanovic də heç kimin qisas almaq istəmədiyini və soyqırımın bir daha baş verməməsi üçün ədalətin lazım olduğunu bildirib. Srebrenitsa Xatirə Mərkəzinin direktoru Emir Suljagic sərginin soyqırımla bağlı əyani şahid rolu oynadığını bildirib və Armin Durqutun çəkdiyi ayaqqabıların “ölüm yolu” kimi tanınan meşəlik ərazidə tapıldığını bildirib. 1992-1995-ci illər arasında Bosniya və Herseqovinada gedən müharibə zamanı qoca, böyük və uşaqlara aid ayaqqabıların humanitar yardım çərçivəsində paylandığını qeyd edən Suljagic, həlak olan Bosniyalı mülki vətəndaşların son addımlarını bu ayaqqabılarla atdıqlarını qeyd edib.
Srebrenitsada nə baş verdi? Srebrenitsa 11 iyul 1995-ci ildə Ratko Mladiç komandanlığında serb qüvvələri tərəfindən işğal edildikdən sonra Birləşmiş Millətlər Təşkilatı (BMT) nəzdində Hollandiya əsgərlərinə sığınan Boşnak mülki vətəndaşlar daha sonra serblərə təhvil verilib. Bosniyalı əsgərlərin nəzarətində olan bölgəyə qadın və uşaqların getməsinə icazə verən serblər meşələrdə, fabriklərdə və anbarlarda ən azı 8372 bosniyalı kişini qətlə yetiriblər. Qırılan bosniyalılar kütləvi məzarlıqlarda basdırılıb. Müharibədən sonra itkin düşənlərin tapılması istiqamətində aparılan işlərdə cəsədləri kütləvi məzarlıqlarda tapılan qurbanlar şəxsiyyətləri müəyyən edildikdən sonra hər il iyulun 11-də Potoçari Memorial Qəbiristanlığında təşkil edilən mərasimlə dəfn edildi. 30 il keçməsinə baxmayaraq 1000-dən çox soyqırım qurbanının cəsədi hələ də tapılmayıb
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-06-2025