Mobil versiya
Deputatlar gələn həftə tətilə çıxır
Tarix: 09-07-2025 | Saat: 10:36
Bölmə:Karusel / Parlament | çapa göndər

Deputatlar gələn həftə tətilə çıxır

Milli Məclisin deputatları gələn həftədən tətilə çıxacaqlar.

aia.az xəbər verir ki, iyulun 14-də parlamentin növbədənkənar sessiyası üzrə son iclası keçiriləcək.

Deputatlar iyulun 15-dən avqustun 30-dək istirahətdə olacaqlar. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.

Səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Qeyd edək ki, Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-07-2025