Mobil versiya
CNN: Tramp Moskva və Pekini bombalamaqla hədələyib
Tarix: 09-07-2025 | Saat: 10:37
Bölmə:Manşet / Dünya | çapa göndər

CNN:

ABŞ Prezidenti Donald Trampın Moskva və Pekini bombalamaqla təhdid etdiyinə dair səs yazısı yayılıb.

aia.az CNN-ə istinadən xəbər verir ki, səs yazısının Trampın prezidentlik kampaniyasına dəstək verən maliyyəçilər tərəfindən yayıldığı bildirilir.

Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışığında onu Ukraynaya hücumdan çəkindirməyə çalışdığını bildirir, əks təqdirdə Moskvanı bombalayacağını deyir: “O (Putin), mənə dedi ki, “sənə inanmıram”. Məncə, o, həqiqətən də, mənə inanmadı”.

ABŞ lideri Çin Xalq Respublikasının Sədri Si Cinpini də Tayvana hücumdan çəkindirməklə bağlı xəbərdar etdiyini vurğulayır.

“Ona (Si Cinpin) dedim ki, Tayvana hücum etsən, Pekini bombalayacağam. O da mənə inanmadı. Onlar, sadəcə, mənim sözlərimin 10%-nə inandılar. Amma bizim problemimiz olmadı”, - Tramp səs yazısında vurğulayır.

CNN-in verdiyi xəbərdə səs yazısının 2024-cü ilə aid olduğu bildirilir.

Tramp administrasiyası yayılmış səs yazısına hələ ki münasibət bildirməyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-07-2025