Mobil versiya
Tramp final oyununu stadionda izləyəcək
Tarix: 09-07-2025 | Saat: 13:20
Bölmə:İdman | çapa göndər

Tramp final oyununu stadionda izləyəcək


ABŞ Prezidenti Donald Tramp ölkəsinin ev sahibliyi etdiyi klublararası dünya çempionatının final oyununu stadionda canlı izləyəcək.

aia.az xəbər verir ki, bu barədə "NBC News" yüksəkvəzifəli administrasiya rəsmisinə istinadən məlumat yayıb.

Turnirin həlledici görüşü iyulun 13-də Nyu-Cersi ştatında yerləşən "MetLayf" stadionunda keçiriləcək. Artıq finalın ilk iştirakçısı bəllidir. Yarımfinalda Braziliyanın "Fluminense" klubuna 2 cavabsız qolla qalib gələn İngiltərənin "Çelsi" komandası həlledici qarşılaşmaya vəsiqə qazanıb.

London təmsilçisinin finaldakı rəqibi bu gün keçiriləcək PSJ (Fransa) - "Real Madrid" (İspaniya) matçının qalibi olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-07-2025