Mobil versiya
AzQAC vitse-prezidenti Rövşən Əliyev Qazax rayon bölməsində müşavirə keçirib -Fotolar
Tarix: 11-07-2025 | Saat: 12:48
Bölmə:Gündəm / Özəl | çapa göndər

AzQAC vitse-prezidenti Rövşən Əliyev Qazax rayon bölməsində müşavirə keçirib

11 iyul 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) vitse-prezidenti Rövşən Əliyev Qazax rayon bölməsində müşavirə keçirib. Görüşdə Qazax rayon bölməsinin əməkdaşları və könüllüləri iştirak ediblər.

aia.az xəbər verir ki, müşavirə zamanı əsas diqqət bölmənin təşkilati inkişaf və texniki-təchizat məsələlərinə yönəldilib. Bölmənin ləvazimat və avadanlıqlarla təmin olunması istiqamətində görülmüş işlər müzakirə olunub, mövcud ehtiyaclar qiymətləndirilib.

Tədbirdə həmçinin hazırda bölmədə həyata keçirilən layihələr barədə məlumat verilib, qarşıda duran fəaliyyət planları ətrafında fikir mübadiləsi aparılıb. Bölmə əməkdaşları və könüllülər tərəfindən səsləndirilən təkliflər diqqətlə dinlənilib, gələcək layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətli müzakirələr aparılıb.

AzQAC vitse-prezidenti Rövşən Əliyev qeyd edib ki, rayon bölmələrinin texniki imkanlarının artırılması və fəaliyyətlərinin səmərəliliyinin təmin olunması təşkilatın prioritet istiqamətlərindəndir.
Müşavirə qarşılıqlı əməkdaşlıq ruhunda keçib və iştirakçılar tərəfindən yüksək dəyərləndirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-07-2025