AK Slovakiyaya anti-Rusiya sanksiyalarına vetonun ləğvi üçün zəmanət verməyə hazırdır
Tarix: 11-07-2025 | Saat: 22:30
Bölmə:Özəl | çapa göndər

Bloomberg mənbəyə istinadən xəbər verir ki, Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketinin bloklanmasına son qoymaq müqabilində Slovakiyaya “bəzi zəmanətlər” verməyə hazırdır.
Söhbət xüsusilə Rusiya neftinin qiymət tavanının azaldılmasını nəzərdə tutan 18-ci anti-Rusiya sanksiyalar paketindən gedir. Avropa İttifaqı onu indiki 60 dollar/bareldən 50 dollara endirməyi planlaşdırır. Lakin Slovakiyanın veto qoyması da daxil olmaqla, bu məsələ ilə bağlı yekun qərar hələ qəbul edilməyib.
Mətndə deyilir: "Bratislava Aİ-nin Rusiya qazından mərhələli şəkildə imtina planı ilə bağlı güzəştlər axtarır. Blokun icra hakimiyyəti vətosunu ləğv edəcəyi təqdirdə ölkəyə müəyyən təminatlar verməyə hazırdır".
Bundan əlavə, Bloomberg-in məlumatına görə, Yunanıstan, Malta və Kipr hələ də ABŞ da daxil olmaqla G7 ölkələrinin dəstəyi olmadan tavanın aşağı salınmasına dəstək verməkdən çəkinirlər.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-07-2025