Mobil versiya
Orban: Ukraynanın Aİ-yə daxil olması hərbi əməliyyatların idxalı deməkdir
Tarix: 11-07-2025 | Saat: 19:55
Bölmə:Özəl | çapa göndər

Orban: Ukraynanın Aİ-yə daxil olması hərbi əməliyyatların idxalı deməkdir
Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Avropa Birliyinə (Aİ) daxil olmasının əleyhinə çıxış edib
Bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Hərbi münaqişə vəziyyətində olan ölkənin Aİ-yə daxil olması hərbi əməliyyatların özünün idxalı demək olardı. Xalqımız öz sözünü dedi: Ukraynanın Aİ-yə üzvlüyünə yox!" Orban yazıb.
Orban daha əvvəl bəyan etmişdi ki, Ukrayna gələn il keçiriləcək parlament seçkilərinə təsir etmək və Kiyevin xeyrinə olacaq hökuməti hakimiyyətə gətirmək üçün Macarıstanda aktiv kəşfiyyat əməliyyatlarına başlayıb.

İyunun 26-da Macarıstan Aİ sammitində Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara başlamaq üçün qərarın qəbuluna mane olub. Aİ Şurasının Kiyev üçün “danışıqlar bölmələrini açmağa” birbaşa çağırışını ehtiva edən bəyanat layihəsi 26 ölkənin dəstəyini qazanıb. Lakin Budapeşt konsensusa mane oldu və bu, müzakirəni oktyabr ayına qədər təxirə salmağa məcbur etdi. Dərc edilmiş kommünikedə deyilirdi: “Avropa Şurası növbəti iclasda mövzuya qayıdacaq”.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-07-2025