İraq PKK terror təşkilatının “silahsızlaşdırma” prosesini dəstəkləyir
Tarix: 11-07-2025 | Saat: 22:48
Bölmə:Özəl | çapa göndər

İraq Xarici İşlər Nazirliyi yazılı açıqlamada terror təşkilatı PKK-nın silahı yerə qoyma prosesinə başladığı barədə açıqlamasını alqışlayıb. Nazirlik yazılı açıqlamada sözügedən addımın Türkiyə ilə İraq arasında əməkdaşlıq və etimada əsaslanan yeni bir prosesə qapı aça biləcəyini ifadə edərək, PKK qruplaşmasının silahların məhv edilməsini "qırx ildən çox davam edən qarşıdurmadan sonra atılan mühüm addım" kimi qiymətləndirib.
Bəyanatda bunun regional sabitliyin təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb, İraqın PKK-nın tərksilah prosesinə tam dəstək verdiyi qeyd edilib.
Bu prosesin Ankara ilə Bağdad arasında ortaq təhlükəsizlik təhdidlərinin aradan qaldırılmasına töhfə verəcəyi, İraq və Türkiyənin təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcəyi bildirilib.
Bəyanatda həmçinin bu vəziyyətin İraq və Türkiyə üçün "təhlükəsizlik və inkişafı prioritetləşdirən konstruktiv regional dialoq platformasına çevrilməsinin gözlənildiyi" ifadə edildi.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-07-2025