Mobil versiya
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Türk Kızılayının nümayəndəsini qəbul edib
Tarix: 11-07-2025 | Saat: 13:20
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Türk Kızılayının nümayəndəsini qəbul edib

aia.az xəbər verir ki, 2025-ci il 11 iyul tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Türk Kızılayının Azərbaycan üzrə yeni təyin olunmuş nümayəndəsi Bayram Selvini qəbul edib. Görüş zamanı iki təşkilat arasında mövcud olan uzunmüddətli əməkdaşlıq, tərəfdaşlıq münasibətləri, birgə həyata keçirilən humanitar layihələr və gələcək fəaliyyət planları müzakirə olunub.

Cəmiyyətin prezidenti qarşılıqlı etimada əsaslanan əlaqələrin regional humanitar fəaliyyətin genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb və bu sahədə Türk Kızılayının dəstəyini yüksək qiymətləndirib. Bayram Selvi isə çıxışında Azərbaycanın humanitar sahədəki nailiyyətlərini diqqətə çatdıraraq, tərəfdaşlıq çərçivəsində yeni təşəbbüslərin reallaşdırılmasına hazır olduqlarını bildirib.

Görüş çərçivəsində gələcək əməkdaşlığın prioritet istiqamətləri, fövqəladə hallara hazırlıq, icmaların dayanıqlığının artırılması və birgə layihələrin icra mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər, beynəlxalq humanitar prinsiplərə əsaslanaraq, ehtiyac içində olan insanlara daha effektiv dəstək göstərilməsi istiqamətində səylərin birləşdirilməsinin vacibliyini bir daha vurğulayıblar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-07-2025