Yevlax və Goranboy rayonlarında “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı keçirilib
Tarix: 12-07-2025 | Saat: 12:22
Bölmə:Manşet / Gündəm / Siyasət / Qərbi Azərbaycan | çapa göndər

Yevlaxda “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimatı keçirilib.
aia-az-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra azərbaycanlıların deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən sonra qarşımızda yeni perspektivlər açılıb. Şanlı Zəfər işğaldan azad olunan ərazilərə məcburi köçkünlərimizin qayıdışını təmin etməklə yanaşı, həm də soydaşlarımızın əzəli Qərbi Azərbaycan torpaqlarına qayıdışının da təməlini qoyub. Dövlət başçısının bu yol xəritəsini sonadək reallaşdırmaqla bağlı güclü siyasi iradəsi var və hamımız bunun şahidiyik. O, Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdacağı günün uzaqda olmadığını bildirib.

Milli Məclisin deputatları Əli Hüseynli, İlham Məmmədov, Qərbi Azərbaycan İcması aparatının elmi işçisi, şair-publisist Şəmsi Qoca, Qərbi Azərbaycan İcmasının Yevlax nümayəndəliyinin rəhbəri Surəddin Rüstəmov çıxışlarında vurğulayıblar ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetlərindəndir. Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı beynəlxalq hüquqa zidd əməllər cəzasız qaldığı üçün Ermənistan 30 ildən çox müddətə Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Düşmən xalqımıza qarşı yalnız etnik təmizləmə siyasəti həyata keçirmədi, eyni zamanda, soydaşlarımıza məxsus maddi-mədəni irsin Yer üzündən tamamilə silinməsinə yönəlmiş vandalizm aktları törətdi. Prezident İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irs, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılır.
Diqqətə çatdırılıb ki, bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma, “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildi Azərbaycan, ingilis, rus dillərində çap edilib. Kitabın müəlliflər Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı alim Səbuhi Hüseynovdur.
****
Goranboy rayonunda, “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimetmə mərasimi keçirilib.
aia.az xəbər verir ki, tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Müşfiq Cəfərov, Qərbi Azərbaycan İcmasının elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Şəmsi Qoca, YAP rayon təşkilatının və hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və rayonda yaşayan bir qrup Qərbi azərbaycanlılar iştirakı ediblər.
Tədbir iştirakçıları öncə, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.

Sonra, Goranboy Olimpiya İdman Kompleksinin akt zalında davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, azərbaycanlıların deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş etdirildi.

Tədbirdə çıxış edən icra başçısı Məhərrəm Quliyev və digər ziyalılar, Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı ermənilər tərəfindən yalnız etnik təmizləmə siyasəti həyata keçirilmədiyini, eyni zamanda, soydaşlarımıza məxsus maddi-mədəni irs nümunələrinin, qəbiriştanlıqların, məscidlərin, pirlərin, türbələrin yer üzündən tamamilə silinməsinə yönəlmiş vandalizm aktları törədildiyindən geniş söhbət açdılar.

Çıxış edənlər, müasir elmi yanaşmalar və yeni fundamental araşdırmalar əsasında çap olunmuş “Qərbi Azərbaycan irsi” kitabının I cildinin nəşr olunmasının əhəmiyyətini vurğulayaraq, kitabda qeyd olunan təkzibedilməz faktların tarixi əhəmiyyətli elmi tədqiqat materialı və hüquqi baxımdan ciddi bir sənəd olmasını bildirdilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-07-2025
11-07-2025