Mobil versiya
Çin anti-Rusiya sanksiyaları ilə bağlı Aİ-yə ciddi təqdimat edib
Tarix: 23-07-2025 | Saat: 09:24
Bölmə:Özəl | çapa göndər

Çin anti-Rusiya sanksiyaları ilə bağlı Aİ-yə ciddi təqdimat edib
Çin Xalq Respublikasının Ticarət Nazirliyinin rəhbəri Van Ventao Avropa İttifaqının Çin maliyyə institutlarına yönəlmiş tədbirləri Rusiya əleyhinə sanksiyaların 18-ci paketinə daxil etmək qərarı ilə bağlı Avropa komissarı Maroş Şefçoviçə təqdimat verib.
Departamentin məlumatına görə, çərşənbə axşamı videokonfrans formatında baş tutan danışıq zamanı tərəflər Çin və Aİ arasında ticarət-iqtisadi əməkdaşlığın əsas məsələlərini müzakirə ediblər.

“Həmçinin iki Çin maliyyə qurumunun Rusiyaya qarşı sanksiyaların 18-ci paketinə daxil edilməsi ilə bağlı ciddi təqdimat edilib”, - bəyanatda deyilir.


Bundan əvvəl ÇXR Ticarət Nazirliyi Aİ-ni Çin şirkətləri və maliyyə institutlarının sanksiyalar siyahısına daxil edilməsi ilə bağlı qeyri-qanuni təcrübədən imtina etməyə çağırıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-07-2025