Göydəniz Qəhrəmanov: “Cənab Prezident İlham Əliyevin bütün səyləri Cənubi Qafqazın sülh, sabitlik və inkişaf məkanı olmasına yönəlib”
Tarix: 23-07-2025 | Saat: 11:46
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“İşğaldan azad olunduqdan sonra Şuşa şəhəri bir çox mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. O cümlədən 2023-cü il iyul ayının 21-də Azərbaycanın tarixində ilk dəfə olaraq dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərləri, KİV nümayəndələri, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertlər və tanınmış jurnalistlər bu qədim Azərbaycan şəhərində Qlobal Media Forumunda iştirak etmək üçün bir araya gəlmişdilər. Bu il isə, iyul ayının 19-da artıq “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu öz işinə başlayıb. Əvvəlki iki tədbirdən fərqli olaraq bu ilki Forum Xankəndidə, yeni tikilmiş Konqres Mərkəzində keçirilir. Bu da daha bir qədim Azərbaycan şəhərinin beynəlxalq nüfuzunun möhkəmlənməsinə böyük töhfədir. Forumun açılış mərasimində iştirak edən cənab İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, bu tədbir artıq ənənəvi xarakter alıb. Demək lazımdır ki, Media Forumunun gedişində Ölkə Prezidenti cənab İlham Əliyevə ünvünlanan suallar ölkəmizə və ümumilikdə Cənubi Qafqazda gedən proseslərə bütün dünyada marağın son dərəcə böyük olduğunu və getdikcə artdığını bir daha nümayiş etdirdi. Digər tərəfdən isə, dünyanın aparıcı KİV-lərinin təmsilçiləri planetin müxtəlif bölgələrində gedən proseslərə dair Azərbaycan Prezidentinin rəyini, bu məsələlərlə bağlı ölkəmizin mövqeyini öyrənməklə Azərbaycanın yüksək beynəlxalq nüfuzunu bir daha təsdiqləmiş oldular.”
Bunu aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Deputat daha sonra qeyd edib ki, cənab Prezident İlham Əliyevin COP29-a ev sahibliyi etməsilə bağlı ona ünvanlanan sualı cavablandırarkən ifadə etdiyi fikirlər ölkəmizin yaşıl gündəliyinin daha geniş auditoriyaya tanıdılması baxımından da son dərəcə böyük önəm daşıyır: “Londonda yerləşən “Economyfirst Limited”in direktorunun COP29-un irsi ilə bağlı sualını cavablandıran cənab Prezident İlham Əliyev ilk növbədə Azərbaycanın ekologiyaya hörmətlə yanaşan ölkə olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, ölkəmizdə elektrik enerjisinin istehsalında nə kömürdən, nə də ki, yanacaqdan istifadə edilmir. Həmçinin Azərbaycanın yaşıl gündəliyinin çox geniş olduğunu vurğulayan dövlət başçımız 2030-cu ilə qədər ən azı 6 giqavatlıq yaşıl enerjinin, o cümlədən Günəş, külək və su elektrik enerjisinin istehsal ediləcəyini anonsladı. Diqqətəlayiq haldır ki, məhz su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Bu ərazilərdə artıq ümumi gücü 280 meqavat olan 30 kiçik su elektrik stansiyası artıq istismara verilib. Cənab Prezident İlham Əliyev iqlim dəyişikliyi ilə bağlı yaranan qlobal fəsadların aradan qaldırılmasının ümumbəşəri vəzifə olduğunu qeyd edərək, eyni zamanda da, ətraf mühit böhranına ən çox rəvac verənlərin bu yükü daha çox öz üzərinə götürmələrinin vacibliyini də xüsusi vurğuladı.”
Sonda Göydəniz Qəhrəmanov bildirib ki, cənab Prezident İlham Əliyevin sülh gündəliyinə dair səsləndirdiyi fikirlər də forumun diqqətçəkən məqamlarından biri oldu: “Qonşu Gürcüstandan “Qafqaz xəbərləri” kanalının müəllifi və aparıcısı Qela Vasadzenin Azərbaycan və Ermənistan münasibətlərinin perspektivlərinə dair sualını cavablandırakən cənab Prezident İlham Əliyev birmənalı olaraq bildirdi ki, bu münasibətlərin normallaşdırılması istiqamətində ciddi addımlar atılır. O cümlədən Abu Dabidə keçirilmiş ikitərəfli görüş zamanı müzakirə edilən məsələlər sülh prosesini yaxınlaşdırır. Azərbaycanın irəli sürdüyü haqlı tələblər – Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğvi – iki ölkə arasında sülhün təmin olunması üçün əsas şərtlərdir. Həqiqətən də, əgər Ermənistan münaqişənin bitdiyini qəbul edirsə, bu zaman Minsk qrupunun mövcudluğuna da artıq heç bir ehtiyac olmadığı ilə razılaşmalıdır. Dövlət başçımızın dediyi kimi, bu iki məsələ həll edilən kimi sülh müqaviləsi imzalana bilər və bundan sonra Cənubi Qafqaz sülh, sabitlik və inkişaf məkanı olacaq” – deyə, millət vəkili fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər