Mobil versiya
20 Sentyabr – Qalib Azərbaycanın Suverenlik Zirvəsi
Tarix: 17-09-2025 | Saat: 12:39
Bölmə:Siyasət | çapa göndər

20 Sentyabr – Qalib Azərbaycanın Suverenlik Zirvəsi

Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olan Dövlət Suverenliyi Günü müasir dövlətçiliyimizin təntənəsidir. Bu gün xalqımızın əsrlər boyu apardığı mübarizənin, milli əzminin və istiqlal yolunda göstərdiyi fədakarlığın rəmzinə çevrilmişdir. 20 sentyabr artıq təkcə bir tarix deyil, Azərbaycan xalqının dövlətçilik iradəsinin, milli birliyinin və qürurunun simvoludur. Bu günümüzün möhkəm əsaslarının qurulması birbaşa cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti və müdrik liderliyi ilə bağlıdır. Onun rəhbərliyi ilə Azərbaycan öz müstəqilliyini möhkəmləndirmiş, işğala son qoymuş, beynəlxalq hüququ reallıqla təsdiqləmişdir. Dövlət Suverenliyi Gününün təsis edilməsi həm 44 günlük Vətən müharibəsində, həm də 2023-cü ilin antiterror əməliyyatında əldə olunan qələbələrin rəsmi təsdiqidir.
Azərbaycan xalqı 30 ildən artıq müddətdə işğal və ədalətsizliklə üz-üzə qalsa da, milli iradəsini itirmədi.

Ermənistanın hərbi təcavüzü, soyqırımları, mədəni və tarixi irsimizə qarşı vandalizmi xalqımızı sarsıda bilmədi. Əksinə, bütün bu çətinliklər Azərbaycan xalqını daha da birləşdirdi və bu birliyin nəticəsi olaraq xalq-ordu-dövlət tandemi böyük Zəfərə imza atdı. 44 günlük müharibə ilə başlayan və 2023-cü ilin antiterror əməliyyatı ilə yekunlaşan bu qəhrəmanlıq yolu Azərbaycan tarixində suverenliyin tam bərpası ilə nəticələndi. Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması, separatçıların silahlandırılmasına son qoyulması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bütün sərhədlərinə tam nəzarəti ölkəmizin müstəqillik tarixində yeni bir mərhələ açdı. Cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncamla hər il qeyd olunan Dövlət Suverenliyi Günü Azərbaycanın qürur salnaməsinin əbədi yaddaş səhifəsidir. Bu gün təkcə keçmişin qələbəsini deyil, həm də gələcəyin güclü və müstəqil Azərbaycanını simvolizə edir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması da dövlətçiliyimizin möhkəmlənməsinə verilən xüsusi önəmin bariz göstəricisidir. Bu, bir tərəfdən milli kimliyimizi və hüquqi-siyasi əsaslarımızı təsdiqləyir, digər tərəfdən isə Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır. Bu gün hər bir azərbaycanlı fəxrlə deyir: Azərbaycan suveren, qalib və güclü dövlətdir. Unutmayaq ki, suverenlik dövlətin mövcudluğunun və müstəqilliyinin əsas elementidir: Çünki dövlət suverenliyi dövlətin öz ərazisində vahid və şəriksiz üstünlüyü və beynəlxalq münasibətlərdə müstəqilliyi deməkdir.Bu gün Azərbaycan öz torpaqlarını tamamilə işğaldan azad edib. Artıq Azərbaycan torpaqlarının bir qarışında belə separatçılar mövcud deyil. Təbii ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarda həyatı dirçəltməyə davam edir. Artıq Xankəndi şəhərində Qarabağ Universiteti də fəaliyyətə başlayıb. Eyni zamanda 20 sentyabr artıq Dövlət Suverenliyi Günü kimi simvolik anlamda da kifayət qədər mühüm önəm daşıyır. Xüsusilə Dövlət Suverenliyi Gününün təsis edilməsi həm dosta, həm də düşmənə bir mesajdır. Müasir beynəlxalq hüququn fəlsəfəsinə görə, dövlət ərazisinin böyüklüyündən, əhalisinin sayından, konstitusiya quruluşundan asılı olmayaraq suverenliyə malikdir. Suverenlik dövlətin və dövlətçiliyin əsas əlamətidir və onu siyasi münasibətlərin xüsusi subyekti, cəmiyyətin siyasi sisteminin əsas tərkib hissəsi kimi səciyyələndirir. Dövlət suverenliyi anlayışına beynəlxalq hüququn müstəqil subyektinin ərazisinin bütövlüyü və bölünməzliyi, sərhədlərinin toxunulmazlığı və onun daxili işlərinə kənar müdaxilənin yolverilməzliyi kimi fundamental prinsiplər daxildir. Bu qürur hissini bizə yaşadan əsas amil – xalqımızın birliyi, qəhrəman ordumuzun rəşadəti və cənab Prezident İlham Əliyevin müdrik liderliyidir.

Rövşən Qasımov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-09-2025