Zəngilan dövlətimizin diqqət mərkəzində olan əsas bölgələrdən biridir
Tarix: 20-10-2025 | Saat: 11:05
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan xalqının yaddaşında 20 oktyabr əbədi Qələbə günü kimi yer alıb. Bu tarix 2020-ci ildə Vətən müharibəsi zamanı qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi Zəngilan şəhərinin azadlıq günü kimi qeyd olunur. Bu zəfər yalnız bir şəhərin deyil, bütöv bir bölgənin azadlığına aparan yolun əsas mərhələlərindən biri kimi tarixə düşüb. Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Nəticədə minlərlə sakin doğma yurdlarından didərgin düşdü, rayonun zəngin təbiəti və mədəni irsi məhv edildi. Lakin Azərbaycan xalqı heç vaxt bu itkini qəbul etmədi və doğma torpaqlarına qayıdacağı günü səbrlə gözlədi.Nəhayət, 2020-ci il oktyabrın 20-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri böyük igidlik və qəhrəmanlıq göstərərək Zəngilan şəhərini və ətraf kəndləri düşməndən azad etdi. Cənab Prezident İlham Əliyev həmin gün xalqa müraciətində qürurla bəyan etdi: “Bu gün Azərbaycan Ordusu Zəngilan şəhərini azad etmişdir. Zəngilan bizimdir, Qarabağ Azərbaycandır!” Zəngilanın azad olunması müharibənin gedişatında mühüm strateji əhəmiyyət daşıyırdı. Rayonun Ermənistanla sərhəddə yerləşməsi Cəbrayıl, Qubadlı və Laçın istiqamətlərində uğurlu əməliyyatların aparılmasına imkan yaratdı. Bununla Azərbaycan Ordusu Qarabağın cənub hissəsində tam üstünlüyə nail oldu və düşmənin müdafiə xətti dağıldı.Bu gün Zəngilan azadlıqdan sonra sürətlə dirçəlir. “Böyük Qayıdış” proqramı çərçivəsində rayonun bərpası və yenidən qurulması davam edir. Zəngilan şəhərinin Baş planı təsdiqlənib, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri əsasında müasir infrastruktur yaradılıb. Ağalı kəndi artıq bu konsepsiyanın parlaq nümunəsi kimi dünyaya təqdim olunur. Burada həyat bərpa edilib, sakinlər doğma torpaqlarına geri dönüblər. Yeni məktəblər, tibb müəssisələri, yollar, enerji və rabitə infrastrukturu salınır, Zəngilan Beynəlxalq Hava Limanı fəaliyyətə başlayıb.Zəngilan həm strateji, həm tarixi, həm də ekoloji baxımdan böyük əhəmiyyət kəsb edir. Dövlətin məqsədi bu rayonu “yaşıl enerji” zonasına çevirməkdir. Oxçuçay ətrafında həyata keçirilən ekoloji bərpa tədbirləri, meşələrin qorunması və alternativ enerji layihələri Zəngilanı gələcəyin ekoloji cənnətinə çevirir.Bu gün 20 oktyabr Zəngilan Günü kimi qeyd olunur və hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Bu gün xalqımız şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edir, qazilərimizin şücaətini minnətdarlıqla anır. Onların qəhrəmanlığı nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, xalqımız 30 illik həsrətdən azad oldu. Zəngilanın azad olunması dövlətimizin gücünün, xalqımızın birliyinin və ədalətin bərpasının rəmzidir. Bu qələbə Azərbaycan xalqının sarsılmaz iradəsini, Vətənə sevgisini və müstəqil dövlətçiliyimizin əbədiliyini əks etdirir.
Xəyyam Vəliyev,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-10-2025