Zəngilan: azadlıqdan dayanıqlı inkişafa doğru
Tarix: 20-10-2025 | Saat: 11:07
Bölmə:Karusel / Siyasət | çapa göndər

İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərdən sonra xalqımız üçün qürur və iftixar mənbəyinə çevrilən əlamətdar günlərdən biri də 20 oktyabr – Zəngilan şəhəri günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, işğaldan azad edilmiş şəhər günləri müəyyən edilmiş və həmin qərara uyğun olaraq 20 oktyabr tarixi Zəngilan şəhərinin günü kimi tariximizə həkk olunmuşdur. Bu gün təkcə Zəngilanın azadlığını deyil, bütövlükdə Azərbaycanın ərazi bütövlüyünün bərpasını və milli qürur hissimizin dirçəldilməsini simvolizə edir.
Zəngilan rayonunun qədim tarixi XIX əsrin əvvəllərinə qədər uzanır.Həmin dövrlərdə o, Zəngəzur qəzasının tərkib hissəsi olmuşdur. 1920-ci il 28 aprel işğalından sonra isə bolşevik Rusiyasının təzyiqi ilə Azərbaycanın qədim torpaqları olan Zəngəzurun böyük bir hissəsi Ermənistana verildi. Lakin Zəngilan, Laçın və Qubadlı rayonları Azərbaycanın tərkibində saxlanıldı və xalqımız bu torpaqlarda varlığını qoruyub saxladı.
Coğrafi mövqeyi baxımından Zəngilan strateji əhəmiyyətə malik bölgədir. Onun ərazisi şərqdən Həkəri çayına, qərbdən isə Mehri dağ silsiləsinə qədər uzanır. Rayon həm İran İslam Respublikası, həm də Ermənistanla həmsərhəd olduğundan, regionun iqtisadi, siyasi və təhlükəsizlik baxımından mühüm strateji mövqeyə sahibdir.
Zəngilan təbiətinin gözəlliyi və sərvətləri ilə seçilir. Burada zəngin mineral sular, mərmər və qızıl yataqları, eləcə də məşhur ağ çinar meşələri mövcuddur. Bu təbii sərvətlər rayonun iqtisadi potensialını və turizm imkanlarını artıran əsas amillərdəndir.
Eyni zamanda, Zəngilan Azərbaycanın tarixi və mədəni irsini özündə yaşadan bölgələrdən biridir.Burada yerləşən qədim məscidlər, türbələr, qalalar və digər memarlıq abidələri xalqımızın minillik mədəni ənənələrinin, dini inanclarının və dövlətçilik tarixinin canlı şahidləridir.
Füzuli və Cəbrayıl rayonları işğal edildikdən sonra zəngilanlılar 67 gün boyunca mühasirə şəraitində düşmənə qarşı qəhrəmancasına vuruşaraq 235 şəhid vermişlər. Lakin Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində rayon işğal olundu və əhalisi doğma torpaqlarından didərgin düşərək Azərbaycanın müxtəlif şəhər və rayonlarında məcburi köçkün həyatı yaşamağa məcbur oldu. İşğal illərində Zəngilanın çoxsaylı tarixi və dini abidələri – o cümlədən İmam Hüseyn məscidi, Alban kilsəsi, Ziya Baba ocağı və digər mədəni irs nümunələri erməni vandalizminə məruz qaldı.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın öz tarixi torpaqlarını hərbi-siyasi yolla azad etməsi ilə nəticələndi. Bu savaşın həlledici istiqamətlərindən biri məhz Zəngilan rayonu oldu. Cəbrayıl istiqamətində aparılan uğurlu döyüş əməliyyatları nəticəsində ordumuz Zəngilanın inzibati sərhədlərinə daxil oldu və bölgənin 49 kəndi, həmçinin 4 qəsəbəsi düşməndən azad edildi. Beləliklə, 2020-ci il oktyabrın 20-si Zəngilan şəhərinin və onun ətraf kəndlərinin azad olunduğu tarixi gün kimi hərb salnaməmizə həkk olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz Vətən müharibəsində parlaq Zəfər yazdı. Artıq biz 29 oktyabrı — Zəngilanın işğal olunduğu günü hüznlə xatırlamaq əvəzinə, 20 oktyabrı — şəhərin Qurtuluş Günü kimi beş ildir ki, böyük qürur və sevinc hissi ilə qeyd edirik.
2020-ci il noyabrın 26-da Prezident İlham Əliyev Zəngilanın azad edilməsinin şərəfinə “Zəngilanın azad olunmasına görə” medalının təsis edilməsi barədə Sərəncam imzaladı. Zəngilan uğrunda döyüşlərdə xüsusi igidlik və fədakarlıq göstərən Azərbaycan Silahlı Qüvvələrinin 6974 nəfər hərbi qulluqçusu bu medalla təltif edildi.
Zəngilanın azad edilməsindən sonra bölgədə genişmiqyaslı bərpa və yenidənqurma prosesinə start verildi. Ərazi üzrə mühüm infrastruktur layihələri, sosial və iqtisadi inkişaf proqramları həyata keçirilməyə başlandı. Bu çərçivədə Zəngilanın Ağalı kəndində 200 evdən ibarət ilk “ağıllı kənd” pilot layihəsi icra olundu. Burada artıq müasir məktəb, uşaq bağçası, tibb məntəqəsi, “ASAN xidmət”, “DOST” mərkəzləri və sahibkarlığa dəstək qurumları fəaliyyət göstərir. 2022-ci ilin may ayından etibarən Ağalı kəndinin ilk sakinləri doğma yurdlarına qayıdaraq yeni evlərində məskunlaşıblar. Ağalı kəndi Qarabağın “yaşıl enerji” zonasına daxil edilib və burada dayanıqlı enerji mənbələrindən istifadə, ekoloji baxımdan təmiz, müasir yaşayış şəraitinin yaradılması əsas prioritetlərdəndir.
Regionda aparılan infrastruktur layihələri arasında Zəngilan–Şərqi Zəngəzur–Ağbənd dəmir yolu xüsusi əhəmiyyət daşıyır. Bu layihə Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiyasını gücləndirəcək və bölgənin iqtisadi potensialını artıracaq. Zəngilan–Horadiz dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Zəngilan həm daxili, həm də xarici ticarət üçün əsas nəqliyyat marşrutlarından birinə çevriləcək.
Bundan əlavə, Zəngilan getdikcə mühüm nəqliyyat qovşağına çevrilir. Burada inşa edilən Zəngilan Beynəlxalq Hava Limanı bölgənin logistika və sərnişin daşımaları baxımından strateji rol oynayır. Hava limanı həm ölkədaxili, həm də beynəlxalq yük və sərnişin daşınmalarının effektiv həyata keçirilməsinə imkan yaradacaq.
Zəngilan, eyni zamanda, Naxçıvanla əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin əsas hissəsini təşkil edir. Bu dəhliz ticarət və nəqliyyat baxımından böyük əhəmiyyətə malik olmaqla, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında iqtisadi əlaqələrin güclənməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradacaq.
Bərpa işləri təkcə yaşayış sahələri ilə məhdudlaşmır. Zəngilanda kənd təsərrüfatının inkişafı məqsədilə bir sıra mühüm layihələr icra olunur. Onlardan biri – “Dost Aqropark” layihəsi, Azərbaycan və Türkiyə şirkətlərinin birgə təşəbbüsü ilə həyata keçirilir. Bu aqropark bölgənin kənd təsərrüfatı potensialını bərpa etməklə yanaşı, iqtisadi dirçəlişə, yeni iş yerlərinin yaradılmasına və yerli məhsul istehsalının artmasına xidmət edir.
“Böyük Qayıdış” proqramı çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə 175 ailənin köçürülməsi həyata keçirilib. Bu ailələr üçün yeni yaşayış evləri, sosial obyektlər, məşğulluq imkanları yaradılıb. Onlar dövlət orqanlarında, xidmət sahələrində, tikinti və istehsal müəssisələrində işlə təmin olunublar.
Zəngilanın işğaldan azad edilməsindən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bölgəyə etdiyi səfərlər həm strateji, həm də simvolik baxımdan mühüm əhəmiyyət daşıyır. Bu səfərlər Zəngilanın dirçəlişi, bərpası və inkişafının hər mərhələsində dövlətin diqqət və qayğısının bariz ifadəsidir.
23 dekabr 2020-ci ildə Prezident İlham Əliyev Zəngilana səfər edərək şəhərdə Azərbaycan bayrağını ucaltdı.
Ardınca 14 fevral 2021-ci ildə dövlət başçısı bölgədə görüləcək işlərin planlaşdırılması və erməni işğalı nəticəsində dəymiş zərərin qiymətləndirilməsi məqsədilə əraziyə yenidən səfər etdi.
26 aprel 2021-ci il tarixli səfər Zəngilanın bərpa mərhələsində yeni bir başlanğıc oldu. Prezident İlham Əliyev Zəngilanın sakinləri ilə görüşdü, “Ağıllı kənd” layihəsinin, Beynəlxalq Hava Limanının və Zəngilan–Horadiz avtomobil yolunun təməlini qoydu.
Daha sonra, 20 oktyabr və 26 oktyabr 2021-ci ildə keçirilən səfərlər çərçivəsində dövlət başçısı “Ağıllı kənd” layihəsinin gedişatı, hava limanı və “AzərEnerji” yarımstansiyası ilə tanış oldu, həmçinin “Dost Aqropark” və Zəngəzur dəhlizini təşkil edən Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun təməllərini qoydu.
Zəngilanın Qurtuluş Günü ərəfəsində — 19 oktyabr 2022-ci ildə dövlət başçısı Ağalı kənd sakinləri ilə görüşdü, Zəngilan Beynəlxalq Hava Limanı, ilk yaşayış binası və məktəb binasının təməllərini qoydu, həmçinin su elektrik stansiyasının işə salınması mərasimində iştirak etdi.
2023-cü il ərzində cənab Prezidentin bir neçə səfəri zamanı Zəngilan Konqres Mərkəzi Kompleksi, “Cahangirbəyli” Su Elektrik Stansiyası, Zəngilan kəndi və yaşayış komplekslərinin təməli qoyuldu. 28-29 sentyabr 2023-cü il tarixlərində dövlət başçısı həmçinin 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak etdi.
18 may 2024-cü ildə Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı “Ağalı” hotelinin, Zəngilan və Şayıflı Su Elektrik Stansiyalarının, Zəngilan məscidinin açılışlarında iştirak etdi, həmçinin Mincivan qəsəbəsi və daxili yol-kommunikasiya şəbəkəsinin təməllərini qoydu.
3 oktyabr 2024-cü ildə Prezident İlham Əliyev Zəngilanda Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında, beşinci və altıncı yaşayış komplekslərinin təməlqoyma mərasimlərində, eləcə də Sarıqışlaq Su Elektrik Stansiyasının açılışında iştirak etdi.
Bu səfərlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəngilanda həyata keçirilən bərpa və inkişaf proseslərinin ardıcıl şəkildə reallaşdığını, bölgənin qısa müddətdə müasir, yaşayışa tam yararlı bir məkana çevrildiyini nümayiş etdirir.
Zəngilanın azadlıqdan sonra keçdiyi bu yol - qəhrəmanlıqdan quruculuğa, dirçəlişə uzanan bir yoldur.
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-10-2025