Mobil versiya
"Ailədə qadınların, xüsusilə anaların və qızların təhsili olduqca vacibdir" - Nazir
Tarix: 30-04-2026 | Saat: 17:21
Bölmə:Karusel / Təhsil | çapa göndər

"Ailədə qadınların, xüsusilə anaların və qızların təhsili olduqca vacibdir"

Cəmiyyətimizdə yalnız təlim, imtahan nəticələri deyil, həmçinin şagirdlərin tərbiyəsi, onların psixoloji, emosional inkişafı da olduqca vacib müzakirə mövzularından biri olmalıdır.

aia.az xəbər verir ki, bu sözləri “Dayanıqlı inkişaf: Ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib.

O, həmçinin bildirib ki, ailədə qadınların, xüsusilə anaların və qızların təhsili olduqca vacibdir. Bir çox hallarda bugünkü qızların təhsili növbəti nəsillərdə, onilliklərdə təhsil siyasətini müəyyənləşdirən və onun keyfiyyətinə təsir edən amildir. Təhsilli anaların sayının artması son nəticədə, təbii ki, təhsil nailiyyətlərinin də artması deməkdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2026