Mobil versiya
Tovuzda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib -Fotolar
Tarix: 30-04-2026 | Saat: 18:34
Bölmə:Ölkə | çapa göndər

Tovuzda  Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Tovuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.

aia.az xəbər verir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Tovuz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Qəlblərdə yaşayan dahi” mövzusunda tədbir keçirilib.

Tədbirdən öncə Tovuz şəhərinin mərkəzi meydanında yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülüb. Daha sonra təşkil olunmuş sərgiyə baxış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Bayramova və rayonun mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində silinməz iz qoymuş dahi şəxsiyyət, uzaqgörən siyasətçi və müstəqil dövlətimizin memarı olduğunu vurğulayıb. Bildirib ki, o, təkcə siyasi fəaliyyəti ilə deyil, həm də xalqına olan sonsuz sevgisi, milli-mənəvi dəyərlərə bağlılığı və dövlətçiliyə xidmət edən misilsiz fəaliyyəti ilə hər bir azərbaycanlının qəlbində əbədi yaşayır. Qeyd olunub ki, Ümummilli Liderin müəyyən etdiyi strateji inkişaf xətti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan muğamı beynəlxalq miqyasda geniş tanınaraq təbliğ olunur.
Tədbirdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Bayramova qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə mədəniyyət sahəsi böyük inkişaf yolu keçib, milli-mənəvi dəyərlərin qorunması və təbliği dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.
Digər çıxış edənlər – Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Günel Qasımova və Mərkəzi Kitabxananın direktoru Güldərən İbrahimova bildiriblər ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında mühüm rol oynayıb, mədəniyyət xadimlərinə daim diqqət və qayğı göstərib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2026