Rubionun İrəvan səfərinin pərdəarxası: Qafqaz və Mərkəsi Asiyada yeni güc oyunu
Tarix: 27-05-2026 | Saat: 16:13
Bölmə:Dünya | çapa göndər

ABŞ dövlət katibi Marko Rubionun İrəvana qısa müddətli səfəri formal baxımdan məhdud görünsə də, siyasi və geosiyasi baxımdan olduqca mühüm mesajlarla yadda qaldı. Rubio səfər çərçivəsində əsasən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüş keçirdi və hava limanında baş tutan bu təmas belə Vaşinqtonun İrəvana yönəlik strateji xəttinin nümayişinə çevrildi. Xüsusilə səfər zamanı imzalanan sənədlər və verilən mesajlar göstərdi ki, ABŞ Ermənistanı Cənubi Qafqazda özünün yeni geosiyasi dayaqlarından birinə çevirmək niyyətindədir.
Hazırda Ermənistanda 7 iyun seçkiləri ölkənin gələcək xarici siyasət kursunu müəyyən edəcək taleyüklü siyasi mərhələ hesab olunur. Seçkilər faktiki olaraq Ermənistanın Qərbə inteqrasiyanı sürətləndirəcəyi, yoxsa yenidən Moskvanın təsir dairəsində qalacağı ilə bağlı strateji seçim xarakteri daşıyır. Bu baxımdan Rubionun səfəri Paşinyan hakimiyyətinə açıq siyasi dəstək mesajı kimi qiymətləndirilməlidir. Vaşinqton anlayır ki, Nikol Paşinyanın hakimiyyətdə qalması Ermənistanın Rusiya orbitindən daha da uzaqlaşdırılması və Qərb təsirinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Moskva və Tehran isə ABŞ və Qərbin bölgədə möhkəmlənməsini öz maraqlarına təhdid hesab edir. Buna görə də Ermənistanda seçkiöncəsi proses faktiki olaraq böyük güclərin geosiyasi rəqabət meydanına çevrilib. Avropa Birliyi strukturlarının və Qərbə yaxın siyasi texnoloqların artıq İrəvanda aktiv fəaliyyət göstərməsi də bunu təsdiqləyir. Moldovada tətbiq edilən siyasi və informasiya modeli indi Ermənistanda da istifadə olunur. ABŞ isə Rubionun səfəri ilə prosesə birbaşa siyasi ağırlıq verdi və göstərdi ki, Paşinyan komandasının hakimiyyətdə qalmasında maraqlıdır.
Rubio ilə Mirzoyan arasında keçirilən görüşdə müzakirə edilən məsələlər və imzalanan sənədlər də Vaşinqtonun bölgəyə uzunmüddətli strateji yanaşmasını ortaya qoydu. Ermənistan–ABŞ Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası, “Tramp Marşrutu” layihəsi üzrə əməkdaşlıq sazişi, eləcə də nadir torpaq metalları və strateji mineralların çıxarılması üzrə əməkdaşlıq sənədləri təsadüfi deyil. Bu addımlar göstərir ki, ABŞ yalnız siyasi deyil, iqtisadi və logistik baxımdan da Ermənistanda möhkəmlənmək istəyir.
Xüsusilə Zəngəzurda reallaşacaq TRIPP-Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu layihəsi diqqət çəkir. Layihə təkcə nəqliyyat və logistika xətti deyil, həm də regionun enerji, kommunikasiya və geoiqtisadi xəritəsini dəyişdirə biləcək təşəbbüs kimi təqdim olunur. Mirzoyanın açıqlamalarından da görünür ki, layihəyə müxtəlif ölkələr və iri şirkətlər maraq göstərir. Dəmir yolları, enerji xətləri, boru kəmərləri və rəqəmsal infrastruktur elementlərinin bu layihədə nəzərdə tutulması ABŞ-ın bölgədə uzunmüddətli iştirak planlarını ortaya qoyur.
Bununla yanaşı, Rubionun səfəri Moskva və Tehrana da açıq mesaj idi. Vaşinqton göstərdi ki, Ermənistan uğrunda geosiyasi mübarizədə geri çəkilmək niyyətində deyil. ABŞ Ermənistanı həm Rusiyanın təsirindən çıxarmağa, həm də İranın bölgədəki təsir imkanlarını məhdudlaşdırmağa çalışır. Bununla belə, maraqlı məqamlardan biri odur ki, Mirzoyan həm İranın, həm də Rusiyanın layihəyə maraq göstərdiyini etiraf etdi. Bu isə onu göstərir ki, regionda yeni geosiyasi balans formalaşır və tərəflər prosesdən tam kənarda qalmaq istəmirlər.
Lakin Vaşinqton üçün əsas məsələlərdən biri regionda davamlı sabitliyin təmin edilməsidir. ABŞ Prezidenti Donald Trumpın Azərbaycan Prezidenti İlham Aliyevə 28 May Cümhuriyyət Günü ilə bağlı ünvanladığı təbrik məktubu da bunu açıq şəkildə göstərdi. Tramp məktubunda Azərbaycanın Ermənistanla sülh sazişi istiqamətində atdığı addımları yüksək qiymətləndirdi. Sərhəd delimitasiyası prosesi, Ermənistana yanacaq tədarükü və “Sülh Körpüsü” təşəbbüsü xüsusi vurğulanıb. Bu isə Vaşinqtonun bölgədə sülh gündəliyinin əsas aparıcı qüvvəsi kimi Bakının rolunu qəbul etdiyini göstərir.
ABŞ administrasiyası yaxşı anlayır ki, Ermənistan Azərbaycanın formalaşdırdığı sülh gündəliyindən kənara çıxarsa, Cənubi Qafqaz yenidən böyük güclərin toqquşma və qarşıdurma məkanına çevriləcək. Bu isə həm Qərbin iqtisadi layihələrinə, həm enerji marşrutlarına, həm də regional təhlükəsizlik planlarına ciddi risk yaradar. Məhz buna görə də Vaşinqton bir tərəfdən Paşinyanı dəstəkləyir, digər tərəfdən isə İrəvanı Bakı ilə sülh xəttinə sadiq qalmağa təşviq edir.
Diqqət çəkən məqamlardan biri də odur ki, bəzi strateji sənədlərin icrasının 7 iyun seçkilərindən sonraya saxlanılması təsadüfi deyil. ABŞ və Qərb əvvəlcə Ermənistanda siyasi sabitliyin və Paşinyan hakimiyyətinin davamlılığının təmin olunmasını gözləyir. Bundan sonra isə bölgədə daha genişmiqyaslı geosiyasi və iqtisadi layihələrin aktiv mərhələyə keçməsi planlaşdırılır.
Beləliklə, Rubionun qısa İrəvan səfəri əslində böyük geosiyasi proseslərin başlanğıc siqnalı kimi qiymətləndirilməlidir. Bu səfər Vaşinqtonun Ermənistana siyasi dəstəyinin nümayişi olmaqla yanaşı, həm də Moskva, Tehran və digər regional güclərə ünvanlanmış strateji mesaj idi. Eyni zamanda ABŞ-ın bölgədəki planlarının uğuru üçün Azərbaycanın açar dövlət rolunda olduğu da açıq şəkildə görünür. Çünki Cənubi Qafqazda uzunmüddətli sabitlik və geoiqtisadi layihələrin reallaşması məhz Bakı-İrəvan sülh prosesinin nəticəsindən asılı olaraq qalır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-05-2026