Mobil versiya
Paşinyan Rusiyanın hədələrinə cavab verdi
Tarix: 27-05-2026 | Saat: 20:49
Bölmə:Dünya | çapa göndər

Paşinyan Rusiyanın hədələrinə cavab verdi


“Ermənistan o qədər varlı olacaq ki, qaz qiymətləri bizə yüksək görünməyəcək”.

aia.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Qarni şəhərində seçkiqabağı aksiyada çıxışı zamanı söyləyib.

“Ermənistanı yüksək qiymətlərlə hədələmək məntiqsizdir, çünki yüksək qiymət hədələrinə cavab var: bizim o qədər çox pulumuz olacaq ki, bu bizə bahalı görünməyəcək”, - hökumət başçısı deyib.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanın Avropa İttifaqına (Aİ) üzvlük kursunu davam etdirəcəyi təqdirdə, Moskvanın qaz və neft məhsullarının tədarükünə dair sazişi dayandırmağa və ya birtərəfli qaydada ləğv etməyə hazır olduğunu bildirmişdi. (qafqazinfo)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-05-2026