Aqrar sektorda yol xəritəsi: iqtisadi inkişafa xidmət edən strateji hədəflər - DEPUTAT
Tarix: 27-05-2026 | Saat: 11:49
Bölmə:Manşet / Siyasət | çapa göndər

Kənd təsərrüfatı hər bir dövlətin iqtisadi təhlükəsizliyində, ərzaq təminatında və sosial rifahında mühüm rol oynayan strateji sahələrdən biridir. Son illər həyata keçirilən məqsədyönlü siyasət nəticəsində aqrar sahədə mühüm nailiyyətlər əldə olunub, regionların siması əsaslı şəkildə dəyişib, kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar yaradılıb. Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər bu sahənin dövlət siyasətində xüsusi yer tutduğunu bir daha nümayiş etdirir.
Aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən siyasətin əsası hələ 2004-cü ildən qoyulub. Həmin dövrdə qəbul edilən regional inkişaf proqramı bölgələrin sosial-iqtisadi inkişafına yeni nəfəs verib. Bu proqram çərçivəsində kənd təsərrüfatının inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Birinci beşillik proqramın uğurlu nəticələri sonrakı illərdə də yeni regional inkişaf proqramlarının qəbulunu zəruri edib. Beləliklə, ardıcıl şəkildə həyata keçirilən dövlət proqramları bölgələrin inkişafını sürətləndirib və aqrar sektorun modernləşməsinə mühüm töhfə verib.
Dövlətimizin başçısının müdrik siyasəti nəticəsində regionlarda genişmiqyaslı infrastruktur layihələri icra olunub. Bu gün qazlaşdırmanın səviyyəsinin yüksək həddə çatması, elektrik enerjisi təminatının tam şəkildə yaxşılaşdırılması, yeni magistral və kənd yollarının tikilməsi kəndlərin sosial həyatında ciddi dönüş yaradıb. Eyni zamanda, Taxtakörpü, Şəmkirçay, Göytəpə kimi iri su anbarlarının tikilməsi və kanalların yenidən qurulması kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Suvarma sistemlərinin genişləndirilməsi məhsuldarlığın artırılmasına və yeni əkin sahələrinin istifadəyə verilməsinə imkan yaradıb.
Müasir texnologiyaların tətbiqi, kənd təsərrüfatı texnikasının yenilənməsi və fermerlərə göstərilən dövlət dəstəyi istehsalın keyfiyyətinə də müsbət təsir edib. Həyata keçirilən tədbirlər yalnız daxili bazarın tələbatının ödənilməsinə deyil, eyni zamanda ixrac potensialının genişlənməsinə də əlverişli şərait yaradıb. Yerli məhsulların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artması qeyri-neft sektorunun güclənməsinə və bölgələrdə iqtisadi fəallığın yüksəlməsinə mühüm töhfə verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir: “Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Onu da bildirməliyəm ki, bu illər ərzində bir neçə dövlət proqramı qəbul edilmişdir, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan verilmişdir”.
Kənd təsərrüfatının inkişafında subsidiyaların rolu da xüsusi əhəmiyyət daşıyır. Dövlət tərəfindən tətbiq olunan genişmiqyaslı subsidiya mexanizmləri fermerlərin fəaliyyətini stimullaşdırır, onların maliyyə yükünü azaldır və istehsal imkanlarını genişləndirir. Gübrə və yanacaq güzəştləri, güzəştli kreditlərin təqdim olunması, fermerlərə metodiki dəstəyin göstərilməsi aqrar sahənin dayanıqlı inkişafına xidmət edir. Dünyada nadir hallarda rast gəlinən çoxşaxəli subsidiya sistemi kənd təsərrüfatının inkişafında mühüm amil kimi çıxış edir.
Müşavirədə diqqət çəkən əsas məqamlardan biri də urbanizasiya prosesi ilə bağlı idi. Dünyanın bir çox dövlətlərində kəndlərdən şəhərlərə axın ciddi sosial problemlər yaradır. Əsas məqsəd şəhərlərə köçün qarşısını almaq və əksinə, şəhərlərdən kəndlərə qayıdışı təmin etməkdir. Bunun üçün kənd yerlərində həyat səviyyəsi yüksəldilməli, şəhərlərlə kəndlər arasındakı fərqlər minimuma endirilməlidir. Regional inkişaf proqramlarının başlıca məqsədi də məhz bölgələrdə müasir həyat şəraiti yaratmaq, insanların öz doğma torpaqlarında yaşayıb fəaliyyət göstərməsinə şərait formalaşdırmaqdan ibarətdir.
Bu konteksdə sosial infrastruktur layihələrinin icrası da mühüm əhəmiyyət daşıyır. Regionlarda müasir xəstəxanaların tikilməsi, məktəblərin əsaslı təmir olunması və yeni təhsil müəssisələrinin istifadəyə verilməsi kənd yerlərində sosial rifahın yüksəlməsinə səbəb olub. Minlərlə məktəbin yenidən qurulması təhsil infrastrukturunun müasirləşdirilməsinə və gənc nəslin daha keyfiyyətli təhsil almasına imkan yaradıb. Həmin layihələr bölgələrdə məşğulluğun artmasına və insanların torpağa bağlılığının güclənməsinə xidmət edir.
Kənd təsərrüfatının inkişafı yalnız iqtisadi məsələlərlə məhdudlaşmır. Aqrar sahənin gücləndirilməsi ərzaq təhlükəsizliyinin təmin olunması, qeyri-neft sektorunun inkişafı və ixrac potensialının artırılması baxımından da strateji əhəmiyyət daşıyır. Müasir texnologiyaların tətbiqi, innovativ yanaşmaların genişləndirilməsi və fermerlərin bilik və bacarıqlarının artırılması gələcək inkişafın əsas istiqamətlərindən biridir.
Aqrar sektor dövlətin xüsusi diqqət mərkəzindədir. Regionların sosial-iqtisadi inkişafı, aqrar sahəyə göstərilən davamlı dəstək və həyata keçirilən genişmiqyaslı layihələr kənd həyatının daha da canlanmasına, insanların rifahının yüksəlməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. Prezident İlham Əliyevin müşavirədə vurğuladığı fikirlər aqrar sahənin gələcək inkişaf strategiyasını müəyyənləşdirən mühüm istiqamətlər kimi xüsusi əhəmiyyət daşıyır.
Heydər Əsədov
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-05-2026