Bir heyvanı bir neçə nəfər şərikli kəsə bilərmi? - AÇIQLAMA
Tarix: 27-05-2026 | Saat: 10:04
Bölmə:Ölkə | çapa göndər

"Bir heyvanın iki və ya daha çox şəxs tərəfindən müştərək, yəni şərikli şəkildə qurban kəsilməsi caizdir, yəni icazəlidir".
Bu sözləri açıqlamasında ilahiyyatçı Fərid Abdulla deyib.
Onun sözlərinə görə, xüsusilə də qurbanlıq heyvan az tapıldıqda və qiymətlər yüksək olduqda:
"Bəzən insanlar deyirlər ki, qiymətlər bahadır, nə edək? Belə hallarda iki-üç nəfər birləşib bir qurban kəsə bilər.
Qurban kəsmək üçün isə ən fəzilətli vaxt Qurban bayramı günü Günəş doğduqdan və bayram namazını qılacaq qədər vaxt keçdikdən sonradır. Fitr bayramında yaxşıdır ki, insan əvvəl fitrə zəkatını versin, sonra bayram namazını qılsın. Qurban bayramında isə əvvəl bayram namazını qılıb, sonra qurban kəsmək daha yaxşıdır. Əgər həmin gün çatdıra bilməsəniz, eybi yoxdur, növbəti gün də kəsə bilərsiniz".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-05-2026