Mobil versiya
DTX-də yeni istiqamət fəaliyyətə başladı
Tarix: 04-06-2026 | Saat: 12:07
Bölmə:Gündəm | çapa göndər

DTX-də yeni istiqamət fəaliyyətə başladı

Azərbaycanda kiber təhqiqat istiqaməti Dövlət Təhlükəsizliyi Xidmətinin tərkibində fəaliyyətə başlayıb.

aia.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.

O qeyd edib ki, kiber təhqiqatın həm prosessual kiber təhqiqat, yəni istintaq hissəsi, baxış-axtarış tədbirləri, həm də kiber tədqiqat hissəsi birgə şəkildə fəaliyyət göstərəcək:

"Bu istiqamət üzrə həm "cyber investigation", həm də "cyber examination" bölmələri tandemdə işləyərək kiber təhlükələrə qarşı, xüsusən APT tipli ciddi kiber təhdidlərlə mübarizədə əhəmiyyətli irəliləyişin əldə edilməsi nəzərdə tutulur".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-06-2026