DSX sərhəddə keçirilən əməliyyatların nəticələrini açıqladı: Saxlanılanlar, narkotiklər və qaçaqmalçılıq faktları
Tarix: 04-06-2026 | Saat: 11:30
Bölmə:Özəl | çapa göndər

Dövlət Sərhəd Xidməti may ayı ərzində dövlət sərhədinin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərin nəticələrini açıqlayıb.
Məlumata görə, ötən ay dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən 20 nəfər saxlanılıb. Onların müxtəlif ölkələrin vətəndaşları olduğu bildirilib.
Qanunsuz miqrasiyaya qarşı keçirilən əməliyyatlar zamanı saxta sənədlərlə və ya özgəsinə məxsus pasportlarla sərhədi keçməyə çalışan şəxslər də aşkarlanıb. Sərhəd rejimi qaydalarını pozduqlarına görə isə 211 nəfər barəsində müvafiq tədbirlər görülüb.
DSX-nin məlumatına əsasən, hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 316 nəfər saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib. Həmçinin ölkədən çıxışına məhdudiyyət qoyulan yüzlərlə şəxsin sərhədi keçməsinin qarşısı alınıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə çərçivəsində 319 kiloqramdan artıq narkotik vasitə və minlərlə müxtəlif tərkibli həb müsadirə olunub. Eyni zamanda, bir halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb.
Sərhədçilərin qanuni tələblərinə tabe olmayan bir sərhəd pozucusuna qarşı qanunvericiliyin tələblərinə uyğun olaraq silah tətbiq edilib. Yaralı şəxsə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Qaçaqmalçılığa qarşı keçirilən əməliyyatlar zamanı isə ümumi dəyəri 5 milyon manatdan çox olan müxtəlif mallar, o cümlədən valyuta, dərman preparatları, tütün və digər məhsullar aşkar edilərək götürülüb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər