Mobil versiya
Talehin reklamındakı aktrisa danışdı: "Qınayanlara demək istəyirəm ki..."
Tarix: 15-07-2026 | Saat: 19:54
Bölmə:Şou-biznes | çapa göndər

Talehin reklamındakı aktrisa danışdı: "Qınayanlara demək istəyirəm ki..."


Qalmaqallı reklam çarxı ətrafında yaranan müzakirələr davam edir. Sosial şəbəkələrdə geniş rezonans doğuran reklam bəzi istifadəçilər tərəfindən qadınları "təbii" və "süni" görünüşə görə qarşı-qarşıya qoyduğu iddiası ilə tənqid olunub.

aia.az xəbər verir ki, müzakirələrin mərkəzində olan reklam çarxında rol alan aktrisa Türkan Murad ilk dəfə məsələ ilə bağlı açıqlama verib.

Aktrisa bildirib ki, çəkilişlərə qatılmazdan əvvəl reklamın ssenarisi ilə tanış olub və layihədə iştirak etmək qərarını tam şüurlu şəkildə verib.

"Bu reklama dəvət olunmuşam, ssenarini oxuyub, razı olub, qəbul etmişəm. Çəkilişdə və reklamda heç bir qəbahət görmürəm. Mən aktrisayam və obrazımı layiqincə yerinə yetirmişəm", – deyə Türkan Murad qeyd edib.

O, reklamın cəmiyyətdə bu qədər müzakirəyə səbəb olmasının onun üçün gözlənilməz olduğunu bildirib. Aktrisa mövzu ilə bağlı daha geniş fikir bildirə biləcəyini desə də, buna ehtiyac duymadığını vurğulayıb.

"Çox söz yazardım əslində, amma özümü yormağa dəyməz. Hər kəs hər şeyi öz qəlbi ilə görür."

Türkan Murad paylaşımında reklam çarxının rejissoru Taleh Yüzbəyov və bütün yaradıcı heyətlə işləməkdən məmnun qaldığını da qeyd edib. O, komandaya təşəkkür edərək gələcəkdə də daha uğurlu və səs-küylü layihələrə imza atacaqlarına inandığını bildirib.

Xatırladaq ki, reklam yayımlandıqdan sonra sosial şəbəkələrdə geniş tənqid olunmuş, bir sıra istifadəçilər çarxın qadınlar arasında ayrı-seçkilik yaratdığını iddia etmişdi. Yaranan müzakirələrin ardından reklamı hazırlayan şirkət sözügedən videonu rəsmi sosial media hesablarından silib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-07-2026