Cənubi Koreya prezidenti yeganə mənzilini satdığını açıqladı
Tarix: 15-07-2026 | Saat: 21:25
Bölmə:Özəl | çapa göndər

Cənubi Koreya Prezidenti Li Çje Myon yeganə mənzilini satdığını və artıq şəxsi mülkiyyətində yaşayış evinin olmadığını bəyan edib.
Prezident hökumətin mənzil siyasətinə həsr olunmuş iclas zamanı çıxış edərək, "Mənim artıq evim yoxdur" sözlərini işlədib.
Məlumata görə, Li Çje Myon Seul yaxınlığındakı Sonnam şəhərində yerləşən mənzilini bu ilin fevral ayında satışa çıxarıb. Bildirilir ki, bu addım hökumətin daşınmaz əmlak bazarında sabitliyi təmin etməyə yönəlmiş siyasəti fonunda atılıb.
Rəsmi dairələrin fikrincə, bu qərar vətəndaşların həyata keçirilən mənzil siyasətinə inamını gücləndirməyə xidmət edir.
Qeyd edək ki, Cənubi Koreya hökuməti daşınmaz əmlakın yalnız investisiya məqsədilə saxlanılmasının bazarda təklifin azalmasına və qiymətlərin yüksəlməsinə səbəb olduğunu bildirir. Bu səbəbdən istifadə olunmayan mənzillərin satışa çıxarılması təşviq edilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-07-2026
16:41 Əraqçi Qətərə getdi